. Love.az

Buddist Bohrani - Wikipedia - Love.az

Ana Səhifə - Buddist Bohrani

Buddist böhranı (vyet. Biến cố Phật giáo) — 1963-cü ildə Vyetnam Respublikasında (Cənubi Vyetnam) siyasi və dini gərginlik dövrü.[1]

Buddist böhranı
Yeri
  • Cənubi Vyetnam

Mündəricat

  • 1 Zəmin
  • 2 Tarixi
  • 3 Nəticələr
  • 4 İstinadlar
  • 5 Əlavə ədəbiyyat

Zəmin

redaktə

Böhrana 8 may 1963-cü ildə Hyue şəhərinin mərkəzində buddist bayrağının qadağan edilməsinə etiraz edən 9 mülki şəxsin qətlə yetirilməsi səbəb olmuşdu.

Tarixi

redaktə

Böhran 1963-cü ilin may ayından noyabr ayına qədər davam etmişdir. Bu, Vyetnam Respublikası hökumətinin bir sıra repressiv hərəkətləri və əsasən buddist rahiblərin rəhbərlik etdiyi vətəndaş müqaviməti kampaniyası ilə xarakterizə olunmuşdur.[2]

Sayqonda 11 iyun 1963-cü ildə Hyuedən olan buddist rahibi Thit Kuanq Dık Nqo Din Zyem rejimi tərəfindən buddistlərə edilən repressiyaya etiraz olaraq ictimai formada özünü yandırmışdır.

Nəticələr

redaktə

1963-cü ilin noyabrında Vyetnam Respublikası Ordusu dövlət çevrilişi həyata keçirmiş, nəticədə prezident Nqo Din Zyem həbs edilmiş və öldürülmüşdür. Beləliklə, böhran sona çatmışdır.

İstinadlar

redaktə
  1. ↑ "Центральная научная библиотека". 2012-09-15 tarixində arxivləşdirilib.
  2. ↑ Адам Робертс. Buddhism and Politics in South Vietnam // The World Today . 21. № 6. Лондон: Royal Institute of International Affairs. июнь 1965. 240—50. — анализ причины буддистского кризиса и его значения как примера ненасильственного сопротивления.

Əlavə ədəbiyyat

redaktə
  • Joseph Buttinger. Vietnam: A Dragon Embattled. New York: Praeger Publishers. 1967.
  • Marvin E. Gettleman. Vietnam: History, documents and opinions on a major world crisis. Harmondsworth: Penguin Books. 1966.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Buddist_böhranı&oldid=7171741"
LOVE.AZ