. Love.az

Burbonlar Sarayi - Wikipedia - Love.az

Ana Səhifə - Burbonlar Sarayi

Burbonlar sarayı (fr. Le palais Bourbon)— Fransanın Parisdəki Milli Assambleyanın yerləşdiyi bina.

Burbonlara sarayı
Le palais Bourbon
Ölkə Fransa
Şəhər Paris
İnşası 1722—1728 illər
Burbonlara sarayı Vikianbarda

Mündəricat

  • 1 Tarixi
  • 2 Qalereya
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Tarixi

redaktə

Razılıq körpüsünün qarşısında yerləşmiş Burbonlar sarayının fasadı Maden kilsəsinə və Razılıq meydanına baxır.Hazırda Milli Assambleyanın yerləşdiyi binada dörd arxitektorun dəsti xətti görünür:Cardinni 1722-ci ildə binanın tikintisinə başlamış, Lassürans işi davam etdirmiş, Ober və Qabriel onu 1728-ci ildə başa çatdırmışlar. Bina əsasən Burbonlar hersoqu XIV Lüdovikin qızı üçün tikilmişdir. Hersoqun qızı hətta binaya öz adını vermişdir. 1764-cü ildə həyəti daha da genişləndirilmiş vəziyyətdə və indiki görünüşdə şahzadə Kondenin şəxsi mülkünə çevrilmişdir.Binanın fasadını Napoleonun tapşırığı ilə arxitektor Puaye 1803-1807-ci ildə tikmişdir.Fasad nəhəng və hündür sütunlarla bəzədilmişdir.Onun girəcəyinin hər iki tərəfində Pryutun, Syüllinin, Kolberin və Aqessonun möhtəşəm heykəlləri qoyulmuşdur.Daxili incəsənət əsərləri ilə bəzədilmişdir.Romantizm dövrünün tanınmış rəssamı, Viktor Hüqonun yaxın dostu Delekrua 1838-1845-ci illərdə saray kitabxanasını "Sivilizasiya tarixi" mövzusunda çəkdiyi əsərlə daha da gözəlləşdirmiş, Qüdonun yaratdığı Didro və Volterin büstləri kitabxanaya qoyulmuşdur.Lil, Universitet, Varen və Qrenel küçələri məhəllənin tarixiliyini özlərində əks etdirmişlər.

Lil küçəsindəki Fəxri Legion sarayı 1787-ci ildə knyaz Salm üçün tikilmişdir.1871-ci ildə Kommuna dövründə bina tamamilə yandırılmışdır.Yalnız yeddi ildən sonra binanın əvvəlki görünüşünü bərpa etmək mümkün olmuşdur.Binada Fəxri Legion ordeni və digər Avropa ordenlərinin tarixinə dair sənədlər qorunub saxlanmaqdadır.[1]

Qalereya

redaktə
  •  
    Senanın digər sahilindən Burbon sarayı
  •  
    1806-08-ci illərdə Napoleon Bonaparte tərəfindən Palais Bourbon'a əlavə edilən klassik portika
  •  
    Milli Məclis iclası zamanı

Həmçinin bax

redaktə
  • Kral Nikolay Sarayı
  • Lənkəran xan sarayı
  • Qəfəs (Osmanlı)
  • Rəvan Köşkü
  • Sərdar sarayı

Xarici keçidlər

redaktə
  • Palais Bourbon - a palace for democracy, Secretariat-General of the National Assembly - Communication and multimedia information department
  • History of the Palais Bourbon Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine
  • Connaissance de l'Assemblée: histoire et génie des lieux (in French)

İstinadlar

redaktə
  1. ↑ Джованна Мажди. «Весь Париж» (2002)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Burbonlar_sarayı&oldid=7873192"
LOVE.AZ