Buridan eşşəyi paradoksu — Jan Buridanın adıyla bağlı olan bir fəlsəfi problemdir. Aristotelin əsərlərində bu sualın ortaya qoyulmasına baxmayaraq, bu paradoks iki bərabər dərəcədə cəlbedici yemək arasında seçim etməkdə çətinlik çəkən bir eşşəyi təsvir edir: Bu halda, rasional seçim edə bilərmi?[1][2][3]
Paradoks adını fransız nominalist filosof Jan Buridandan almışdır. Hekayəsi belədir:
Hekayənin ən qədim versiyası Aristotelə aiddir və bu hekayənin qəhrəmanı itdir. Buridanın hekayəsi isə Spinozanın Cogitata Metaphysica əsərindən götürülmüşdür.[4] Ancaq burada “iki bağlama saman” formasındadır. Digər oxşar nümunəni Qəzali üç ağacdan ibarət iki bağ arasında qərar verə bilməyən dəvə formasında işlətmişdir.[5]
Fəlsəfə və siyasətdə müntəzəm olaraq eyni xüsusiyyətlərə malik olan alternativlərlə qarşılaşıldığı zaman hər hansısa birini seçə bilməmək vəziyyətini təsvir etmək üçün istifadə olunur.