Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Cəfər Səfər oğlu Bağırov – nasir, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Cəfər Bağır | |
---|---|
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Dəstə, Ordubad, Naxçıvan |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
![]() |
Cəfər Bağır 1912-ci il 5 mayda Naxçıvanın Ordubad rayonundakı Dəstə kəndində yoxsul ailədə doğulmuşdur. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fıloloji fakültəsinə daxil olmuşdur. Eyni zamanda "Gənc işçi" qəzetində şöbə müdiri işləmişdir. Bu dövrdə ilk hekayələrini qələmə almışdır. "Kommunist" qəzetində şöbə müdirinin müavini (1934–1936), "Kirovabad bolşeviki" qəzetində məsul katib (1936–1937), Yazıçılar İttifaqı Gəncə fılialının məsul katibi olmuşdur. 1955-ci ildə Bakıya qayıdıb bütün qüvvəsi ilə bədii yaradıcılığa başlamışdır. Oçerk, hekayə, miniatürlər yazmaqla yanaşı, bədii tərcümə ilə də məşğul olmuşdur. Onun rus dilindən etdiyi tərcümələr sayəsində oxucular T. Drayzer, P. Abrahams, A. Sent-Ekzüperi, R. Taqor, Əziz Nesin, M. Broden, A. Kamenova, S. Kardiaşvili kimi yazıçıların əsərləri ilə tanış olmuşlar. O, Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin müdiri (1955–1960), redaktoru (1960–1966), məsləhətçi redaktor (1966–1967), bədii tərcümə redaksiyasının müdiri (1967–1973) vəzifələrində çalışmışdır. 1973-cü ilin martından fərdi təqaüdə çıxmış və yaradıcılıqla məşğul olmuşdur. 1983-cü il aprelin 17-də vəfat etmişdir.