. Love.az

Ceferqulu Rustemov - Wikipedia - Love.az

Ana Səhifə - Ceferqulu Rustemov
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 0 saniyə əvvəl Umxmu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Cəfərqulu Rüstəmov (tam adı: Cəfərqulu Namaz oğlu Rüstəmov; d. 5 mart, 1926, Daş Salahlı, Qazax rayonu - ö. ?) — Azərbaycanlı tədqiqatçı alim, arxeoloq. [1]

Cəfərqulu Rüstəmov
Cəfərqulu Namaz oğlu Rüstəmov
Doğum tarixi 5 mart, 1926
Doğum yeri Daş Salahlı, Qazax rayonu
İxtisası arxeoloq

Həyatı

redaktə

Cəfərqulu Namaz oğlu Rüstəmov 5 mart 1926-cı ildə Azərbaycan Respublikasının Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirmişdir.[2]

Fəaliyyəti

redaktə

Cəfərqulu Rüstəmov ilk elmi fəaliyyətinə Azərbaycan Milli Elmlər Akademiyası Tarix institutunun Paleolit-Arxeoloji ekspedisiyasında başlamışdır. Paleolit dövründən orta əsrlərə qədər aid edilən bir çox arxeoloji abidələrin qazıntı və tədqiqatında iştirak etmişdir. Qobustan qayaüstü təsvirlərini ilk dəfə aşkar etmiş və dünyaya tanıtmış arxeoloq, alim İshaq Cəfərzadənin işini davam etdirmişdir. O, həyat yoldaşı Firuzə Muradova ilə birlikdə 1965-ci ildən ömrünün sonuna qədər Qobustan ərazisində qazıntılar və tədqiqatlar aparmış, bu əraziləri qarış-qarış öyrənərək yeni abidələr və təsvirlər aşkar etmişdir.

Cəfərqulu Rüstəmov 1966-cı ildə dövlət tərəfindən yaradılmış Qobustan Dövlət tarixi-bədii qoruğunda 1976-cı ilədək direktor vəzifəsində çalışmışdır. Onun rəhbərliyi ilə Qobustan qoruğunun yaxınlığında yerləşən Şıxqaya və Şonqor dağlarının ərazisində üst paleolit, neolit və eneolit dövrlərinə, orta əsrlərə aid yüzlərcə qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, kurqanlar aşkar edilmiş və dövlət mühafizəsinə götürülmüşdür. Cəfərqulu Rüstəmov 200-dən artıq məqalənin, kitabça və bukletin, "Qobustan dünyası" və 3 cildlik "Qobustan petroqlifləri"[3] elmi əsərlərinin müəllifidir. Onun "Qobustan qayaüstü təsvirləri (Kiçikdaş)" monoqrafik əsəri 2008-ci ildə çap olunmuşdur.[2]

İstinadlar

redaktə
  1. ↑ Rüstəmov Cəfərqulu. Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı. Bakı: Nurlar, 2006, s.4-5
  2. ↑ 1 2 Vəfa, Hüseynova. "Qobustanın pərvanələri". Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi. 18 mart, 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 may, 2025.
  3. ↑ Rüstəmov, Cəfərqulu. Qobustan petroqlifləri (az.). Bakı: Kooperasiya. 2003.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəfərqulu_Rüstəmov&oldid=8154274"
LOVE.AZ