Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. (fevral 2024) |
Cəhənnəm (İng: Inferno) — rejissoru Ron Hovard olan və Den Braunun 2013-cü ildə yazılmış eyniadlı romanının David Koepp tərəfindən ekran uyğunlaşdırılması olan 2016-cı ildə çəkilmiş Amerika triller filmi. Film Mələklər və iblislər filminin davamıdır. Çəkilişlər 27 aprel 2015-ci ildə İtaliyanın Venesiya şəhərində başlayıb və 21 iyul 2015-ci ildə Budapeştdə başa çatıb. Film 3D və 2D formatlarında ABŞ-də 2016-cı il oktyabrın 14-də, Da Vinçi Şifrəsinin nümayişindən on il sonra nümayiş etdirilmişdir.
Cəhənnəm | |
---|---|
ing. Inferno | |
Janr | triller filmi, dram filmi, cinayət filmi, müəmma filmi, roman ekranlaşdırması[d] |
İcraçı prodüser | Den Braun |
Ssenari müəllifi | |
Baş rollarda | |
Bəstəkar | |
İstehsalçı | Sony Pictures |
Distribütor | Columbia Pictures, InterCom[d][2] |
İlk baxış tarixi | 28 oktyabr 2016, 13 oktyabr 2016[3][2][…] |
Müddət | 121 dəq. |
Gəlir | 220.000.000 $ |
Ölkə | |
Dil | ingilis dili |
Əvvəlki film | Mələklər və iblislər |
Rəng | rəngli[d] |
Çəkiliş yeri | Venesiya, Florensiya, Budapeşt, İstanbul |
IMDb | ID3062096 |
Film tənqidçilərdən ümumiyyətlə mənfi rəylər almışdır, lakin 75 milyon dollarlıq istehsal büdcəsinə qarşı 220 milyon dollar gəlir əldə etmişdir.