. Love.az

Celal Bergusad - Wikipedia - Love.az

Ana Səhifə - Celal Bergusad
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Cəlal Bərgüşad (doğum adı: Cəlal Novruz oğlu Cavadov; 22 iyun 1924, Qəzyan – 9 iyul 1996, Bakı) — nasir, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Cəlal Bərgüşad
Cəlal Novruz oğlu Cavadov
Doğum tarixi 22 iyun 1924(1924-06-22)
Doğum yeri
  • Qəzyan, Zəngəzur qəzası
Vəfat tarixi 9 iyul 1996(1996-07-09) (72 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
Janr roman
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailə həyatı
  • 3 Kitabları
  • 4 Əsərlərinin tərcümələri
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Cəlal Bərgüşad 1924-cü il iyunun 22-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olmuşdur. Orta təhsilini Qubadlı rayonunun fəhlə-gənclər məktəbində almış, II dünya müharibəsində iştirak etmiş, ağır döyüşlərin birində kantuziya aldığına görə tərxis edilmişdir (1943). Bundan sonra Qubadlı rayon Daxili İşlər şöbəsində VAQ müdiri işləmişdir (1943–1946). Onun "Cənub taydan əsən meh" adlı ilk şeiri də Qubadlıda çıxan "Avanqard" qəzetində dərc edilmişdir (1946). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsini bitirmişdir. "Azərbaycan pioneri" qəzeti redaksiyasında ədəbi işçi təyin olunmuşdur (1951).

1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləmişdir. Onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Suren Adamyan", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilmişdir. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunmuşdur. Xidmətlərinə görə birinci dərəcəli "İkinci Dünya müharibəsi" ordeni (1986) və medallarla təltif edilmişdir.

1996-cı il iyulun 9-da vəfat etmişdir.

Ailə həyatı

redaktə

Cəlal Bərgüşad iki dəfə ailə həyatı qurmuşdur. Onun ilk həyat yoldaşı Azərbaycan xalq şairi Süleyman Rüstəmin bacısı Nəsibə xanım olmuşdur. Bu evlilikdən iki övladı – bir qızı və bir oğlu dünyaya gəlmişdir. Yazıçı qızına anasının adını verərək onu Rəna adlandırmış, oğlu isə İlqar adını daşımışdır.

İkinci evliliyi 1985-ci ilin iyun ayının 15-də Sayad xanım Cavadzadə ilə baş tutmuşdur. Bu nikahdan onların bir oğlu dünyaya gəlmişdir. Həmin dövrdə Cəlal Bərgüşad “Cavanşir” adlı romanı üzərində çalışırdı və bu əsərdən ilhamlanaraq oğluna Cavanşir adını vermişdir. Hazırda Cavanşir ABŞ-da yaşayır.

Kitabları

redaktə
  1. Bozatın belində. Bakı: Uşaqgəncnəşr, 1958, 400 səh.
  2. Gələcəyi yaradanlar (oçerklər). Bakı: Azərnəşr, 1961, 78 səh.
  3. Təzə gəlin (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 64 səh.
  4. Toydan sonra (hekayələr). Bakı: Azərnəşr, 1964, 128 səh.
  5. Bozatın belində (tarixi roman). Bakı: Gənclik, 1970, 408 səh.
  6. Dərilməmiş salxımlar (hekayələr). Bakı: Gənclik, 1974, 131 səh.
  7. Sıyrılmış qılınc (tarixi roman). Bakı: Gənclik, 1981, 375 səh.
  8. Şərq çiçəyi. Bakı: Gənclik, 1985, 235 səh.
  9. Bozatın belində. Bakı: Gənclik, 1988, 430 səh.
  10. Dünyada nələr gördüm. Bakı: Yazıçı, 1991. 368 səh.

Əsərlərinin tərcümələri

redaktə
  1. Обнаженный меч (пер. с азерб. В. Кафарова). Баку: Азернешр, 1988.
  2. Kaçak Nebi. Tərcümə edən: Oktay Altunbay. Ankara: Kültür ve Turizm Bakanlığı,1988.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • "Qarabağın görkəmli şəxsiyyətləri:Cəlal Bərgüşad (1924-1996)". "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəlal_Bərgüşad&oldid=8126165"
LOVE.AZ