. Love.az

Celil Cavansir - Wikipedia - Love.az

Ana Səhifə - Celil Cavansir

Cəlil Cavanşir (tam adı: Hacıyev Cəlil Cavanşir oğlu; 2 yanvar 1984, Xaçmaz, Vartaşen rayonu) — azərbaycanlı yazıçı, tərcüməçi, ssenarist, jurnalist.

Cəlil Cavanşir
Cəlil Cavanşir oğlu Hacıyev
Doğum adı Cəlil Hacıyev
Təxəllüsləri Ay Han, Cavanşir
Doğum tarixi 2 yanvar 1984 (41 yaş)
Doğum yeri Vartaşen, Xaçmaz
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Gəncə Dövlət Universiteti
İxtisası filoloq
Fəaliyyəti redaktor, ssenarist, jurnalist
Fəaliyyət illəri 2004 – h. h.
Əsərlərinin dili Azərbaycanca
İstiqamət postmodern
Janrlar şeir, esse, roman, hekayə, ssenari
İlk əsəri "Axı bu dünyaya nəyə gəlmişəm" - 1998
Tanınmış əsərləri "Qadın corabları", "Azğın"
celilizm.blogspot.com

Mündəricat

  • 1 Həyatı
  • 2 Mətbu fəaliyyəti
    • 2.1 Redaktor və tərcüməçi kimi fəaliyyəti
    • 2.2 Ssenarist kimi fəaliyyəti
    • 2.3 Digər fəaliyyətləri
  • 3 Kitabları
  • 4 Tərcümə kitabları
  • 5 Filmoqrafiya
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Həyatı

redaktə

Cəlil Cavanşir 1984-cü ildə Oğuz rayonunun Xaçmaz kəndində dünyaya gəlib.

2001-ci ildə M. F. Axundov adına Oğuz rayon, Xaçmaz kənd 1 saylı orta məktəbini bitirib. 2002–2003-cü illərdə hərbi xidmətdə olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin alman dili ixtisasına qəbul olunub və 2008-ci ildə ali təhsilini başa vurub.

Mətbu fəaliyyəti

redaktə

Tələbəlik illərindən jurnalistika fəaliyyətinə başlayıb, müxtəlif mətbu orqanlarda çalışıb. "Töhfə", "Türküstan", "Vətəndaş Həmrəyliyi" qəzetləri, "Alatoran", "Yurddan səslər", "Pirsultan", "Doqquz iqlim", "Ənvər Paşa" dərgiləri ilə əməkdaşlıq edib.

"Palma" ədəbi-bədii tərcümə jurnalının və "Region xəbər" qəzetinin təsisçisi olub.

2009-cu ildə doqquziklim.net elektron ədəbiyyat dərgisini təsis edib və 2010-cu ilə qədər həmin dərgiyə rəhbərlik edib.

2010-cu ildə II Nəsimi Ədəbiyyat Müsabiqəsində şeir nominasiyasında II yer tutub.

2010-cu ilin may-noyabr aylarında Azad Azərbaycan Televiziyasında "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə redaktor-ssenarist kimi fəaliyyət göstərib.

2011-ci ilin yanvar ayından "Mərkəz" qəzetində fəaliyyətə başlayıb və qəzetin ədəbiyyat səhifəsini hazırlayıb.

2012-ci ilin mart ayından "Ədalət" və "Gündəlik Teleqraf" qəzetləri və Publika.az xəbər potalı ilə əməkdaşlıq edib, "Publika Art" layihəsində redaktor olaraq çalışıb.

2020–2022 "Sputnik-Azərbaycan" Agentliyində (www.sputnik.az) köşə yazarı kimi fəaliyyət göstərib.

Şeirləri ingilis, alman, özbək, rus və fars dillərinə tərcümə olunub.

Redaktor və tərcüməçi kimi fəaliyyəti

redaktə

2011-ci ildən Qanun (nəşriyyat) ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir, 2022-ci ildən Qanun Nəşrlər Evinin "Dinlə Kitab" audio-kitab layihəsinin rəhbəri və nəşriyyatın aparıcı redaktorudur. 2012-ci ildə "Hədəf" Nəşrlərinin baş redaktoru və "Xan" Nəşrlərinin tərcüməçisi işləyib. 2017-ci ilin fevral ayından "TEAS press" Nəşriyyatı ilə tərcüməçi və redaktor kimi əməkdaşlıq edir. 2019-2020-ci illərdə "Mücrü" Nəşriyyatının baş redaktoru kimi fəaliyyət göstərib.

Azərbaycan dilində nəşr olunan 200-dən artıq kitabın redaktoru, 28 kitabın tərcüməçisidir.


Ssenarist kimi fəaliyyəti

redaktə

Azad Azərbaycan Televiziyasında yayımlanan "Azərbaycan sirrləri" adlı tarixi-etnoqrafik layihədə 20 sənədli filmin ssenari müəllifidir.

Müxtəlif sifarişlər əsasında 50-yə yaxın sosial çarx və təbliğat videosunun hazırlanmasında məsləhətçi və ssenarist kimi iştirak edib.

2021-ci ildə Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənovla birlikdə Zəhər tuluğu tammetrajlı bədii filminin ssenarisini yazıb. Film Azərbaycanda, Türkiyədə, Rusiyada, Qazaxstanda uğurla nümayiş etdirilib.

2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə ərsəyə gələn "Vətən dastanı" filminin ssenari müəllifidir.

Digər fəaliyyətləri

redaktə

2015-ci ilin oktyabr ayından, 2019-cu ilin yanvar ayınadək Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mütəxəsisi vəzifəsində fəaliyyət göstərib.

Müxtəlif vaxtlarda mətn yazarı, kopirayter və SEO mütəxəsisi kimi fəaliyyət göstərib.


Kitabları

redaktə
Cild Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə ISBN
Daha məni xatırlama Şeirlər Gəncə AGAH 2004 100
Öz ruhunun işığında Xatirələr, esselər Bakı EL 2009 200
Underground sevgilər Şeirlər Bakı Qanun 2011 78
İtirilmiş əlyazma Roman Bakı Qanun 2012 167
Dinlər, təriqətlər, peyğəmbərlər Dini araşdırma Bakı Hədəf Nəşrləri 2013 120
Qadın corabları Roman Bakı Hədəf Nəşrləri 2014 200 -
P. S: Darıxıram Şeir, esse Bakı XAN Nəşriyyatı 2015 120
Sola dönmək qadağandır Esselər Bakı Xan Nəşriyyatı 2017 196
Miladdan sonra Şeirlər Bakı XAN Nəşriyyatı 2018 76 ISBN:903942835302
Azğın Roman Bakı XAN Nəşriyyatı 2019 204 ISBN:905328910632
Eşq və intihar Motivasiya, esselər Bakı Mücrü Nəşriyyatı 2020 108 ISBN:9789952405217
Ədəbiyyatın bəxtsiz və şıltaq övladları bioqrafik araşdırmalar Bakı Mücrü Nəşriyyatı 2021 140 ISBN:9789241220583
Gənc şairin dilemması hekayələr Bakı Qanun Nəşriyyatı 2023 95 ISBN:978-9952-38-574-8
Miladdan sonra Şeirlər Təbriz "Nəbati" (Azər-Turan) 2020 76 ISBN:903942835302

Tərcümə kitabları

redaktə
  1. Bernhard Şlink. Qiraətçi (Fərican Quliyeva ilə birlikdə).
  2. Ziqmund Freyd. Totem və Tabu.
  3. Brijit Ober. Doktor Marçın dörd oğlu.
  4. Fridrix Nitsşe. Dəccal
  5. Artur Konan Doyl. Baskomb vadisinin sirri
  6. Artur Konan Doyl. Subay Zadəgan
  7. Artur Konan Doyl. Polkovnikin ölümü
  8. Artur Konan Doyl. Detektiv ölüm yatağında
  9. Artur Konan Doyl. Son Hadisə
  10. Orhan Aras. Son Cənnət
  11. Vulf Dorn. Şizofrenik
  12. Vulf Dorn. Oyunbaz
  13. Vulf Dorn. Xain ürəyim
  14. Vulf Dorn. Fobiya
  15. Vulf Dorn. Gecə qurdlarındır
  16. Nevzat Kösoğlu. Şəhid Ənvər Paşa
  17. Əmrah Sərbəs. Hər təmas iz buraxır
  18. Əmrah Sərbəs. Sonuncu qazıntı
  19. İmmanuel Kant. Təhsil haqqında
  20. Con Boyn. Zolaqlı pijamalı oğlan
  21. Kinsun. Yol sənin içindədir
  22. Çinar Ata. Sura üfürülənə qədər- Sarı Saltuk
  23. Borxertdən Borxesə qədər. 10 Hekayə
  24. Robert Makki. Hekayə
  25. Robert Makki. Dialoq
  26. Qrim Qardaşlarının nağılları ilə. Alman dili addım-addım
  27. Doğan Cücəloğlu. Uğura aparan ailə
  28. İlbər Ortaylı. Gəl, dünyanı kəşf edək

Filmoqrafiya

redaktə
  • "Ağstafa sirləri" (Azərbaycan sirləri)
  • "Azərbaycandan çıxan peyğəmbərlər" (Azərbaycan sirləri)
  • "Onunla anladığı şəkildə rəftar edin"
  • "Dostluq əngəllərdən güclüdür"
  • "Gülümsə"
  • "Qızını özünə bənzətmə!"
  • "Vətən dastanı"
  • Zəhər tuluğu

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • Cəlil Cavanşir İTİRİLMİŞ ƏLYAZMA
  • Cəlil CAVANŞİR Miladdan sonra
  • Cəlil CAVANŞİR. Sola dönmək qadağandır
  • Yaradıcılıq fakültəsində Cəlil Cavanşirlə görüş keçirildi — Fotolar
  • Cəlil Cavanşirdən 18+ roman gəldi
  • "Azğın" təqdim olundu — Fotolar
  • "Cəlil Cavanşirdən yeni kitab
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cəlil_Cavanşir&oldid=8125796"
LOVE.AZ