Cəmilə Tağızadə (tam adı: Tağıyeva Cəmilə Karl qızı; d. 24 iyul 1987, Bakı,Azərbaycan) — azərbaycanlı aktrisa.
Cəmilə Tağızadə | |
---|---|
Tağıyeva Cəmilə Karl qızı | |
Doğum tarixi | (37 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
![]() |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Aktyor sənəti[1] |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2009 – h.h |
Tanınır | Aktrisa,aparıcı,prodüser |
Mükafatları |
Cəmilə Tağıyeva 24 iyul 1987-ci il Bakı şəhərində anadan olub. 1994-cü il Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbinin 1-ci sinfinə daxil olub.[2] 2005-ci ildə həmin məktəbdən məzun olaraq Azərbaycan Dövlət Kooperasiya kollecinə daxil olub. 2007-ci il Dövlət Kooperasiya kollecinin məzunu olub.[3] 2009-cu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. 2013-cü il həmin universiteti fərqlənmə ilə bitirərək məzun olub.
Xarici film istehsalçılarının "Ana yurdum" (2012 / İran) və "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib.
7 sentyabr 2017-ci ildə Murat Temiz ilə ailə həyatı qurdu.[4] Ailə vəziyyəti ilə əlaqədar olaraq hazırda Türkiyədə yaşayır. 21.01.2020-ci ildə Abdullah Cesur adında oğlu dünyaya gəlib.
Vikianbarda Cəmilə Tağızadə ilə əlaqəli mediafayllar var. |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |