Cəyli — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Cəyli kənd inzibati ərazi dairəsində kənd.[1]
Cəyli | |
---|---|
40°26′04″ şm. e. 48°16′05″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Cəyli oykonimdir. Şirvan düzündədir. Boz Ulus tayfalarından cəklərin adı ilə əlaqələndirilir və etnotoponim hesab edilir. Azərbaycan dilinin bəzi dialektlərinde isə cey sözü "tayfa, nəsil" mənasında işlənir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1567 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı–əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Kənddə Cəyli kənd məscidi dini icması fəaliyyət göstərir[4].