. Love.az

Cagatay Xan - Wikipedia - Love.az

Ana Səhifə - Cagatay Xan
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: Çağatay.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Cağatay xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242[1][2], Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu.

Cağatay xan
Цагадай
Çağatay xanlığı I xanı
1226 – 1241
ƏvvəlkiÇingiz xan
SonrakıQara Hülakü
Şəxsi məlumatlar
Doğum tarixi 22 dekabr 1183(1183-12-22)
Doğum yeri
  • Monqolustan
Vəfat tarixi 1242[1][2]
Vəfat yeri
  • Almalıq[d], Çin
Fəaliyyəti xan
Atası Çingiz xan
Anası Börte
Həyat yoldaşı Ebuskun
Uşaqları Baydar, Mütügen, Yesü Möngke
Ailəsi Çingizlilər
Dini Tenqriçilik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi.

Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı.

Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü. Ölümündən sonra qurulan dövlətə Çağatay xanlığı adı verilmişdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Джагатай (rus.). // Энциклопедический лексикон СПб: 1839. Т. 16. С. 232.
  2. ↑ 1 2 Н. В. Джагатай (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1893. Т. Xа. С. 516.

Xarici keçidlər

redaktə
Bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirə bilərsiniz.
Bu şablon mümkündürsə, daha dəqiqi ilə əvəz edilməlidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cağatay_xan&oldid=8047392"
LOVE.AZ