. Love.az

Cahangir Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Cahangir Mirze Qovanli Qacar

Cahangir mirzə Abbas mirzə oğlu Qovanlı-Qacar (d. 1810 - ö. 1853) — Qacar şahzadəsi, vali, tarixçi.

Cahangir mirzə Qovanlı-Qacar
Cahangir mirzə Abbas mirzə oğlu Qacar Qovanlı
Doğum tarixi 1810
Doğum yeri Təbriz, İran
Vəfat tarixi 1853
Vəfat yeri Tehran, İran
Dəfn yeri
  • Qum
Atası Abbas Mirzə
Fəaliyyəti tarixçi, tərcüməçi

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 İstinadlar
  • 4 Mənbə
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Həyatı

redaktə

Abbas Mirzənin üçüncü оğlu Cahangir mirzə 1810-cu ildə Təbriz şəhərində anadan оlmuşdu. Mükəmməl saray təhsili almışdı. "Tarixi nоu" -yеni tarix adlı tarixi əsər (Cahangir mirzə, Tarixi nоu, Tehran, 1327, hicri-qəməri) yazmışdı.

Əminə Pakrəvan yazır: "Lakin sonralar Abbas mirzənin güvənini qazanan, gələcəyinə umud bağladığı Cahangir mirzə olmuşdur. Cahangir mirzənin isə ana tərəfindən soyu bəllidir. Cahangir mirzə ana tərəfindən böyük xanların birinə bağlı idi. Druvil onun özəl xüsusiyətləri haqda bunu da yazmaqdadır ki, güldüyü zaman çox içdən və qəhqəhə ilə gülürdü. Şahzadə, Təbrizin otuz ağaclığında olan Ucan qəsəbəsində özünə bir saray tikdirmişdi". Qardaşı Məhəmməd mirzə şahlığa yiyələnəndə o, Qaimməqam Fərəhani tərəfindən tutulub zindan küncünə atılmışdı. Cahangir mirzə Ərdəbil vilayətinin hakimi olmuşdu. Cahangir mirzə 1853-cü ildə vəfat edib. Qumda Məsumə türbəsi gorgahında dəfn edilib.

Ailəsi

redaktə

Cahangir mirzə Dilşad xanımla ailə qurmuşdu. Sultan Hüseyn mirzə, Sultan Fəthulla mirzə, Sultan Məsud mirzə, Sultan Səncər mirzə, Sultan Səlim mirzə adlı oğlanları vardı.

İstinadlar

redaktə

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.

Həmçinin bax

redaktə
  • Abbas mirzə Qovanlı-Qacar

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cahangir_mirzə_Qovanlı-Qacar&oldid=8121985"
LOVE.AZ