Camaldın (əvvəlki adı: Camaldin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd.[1] 5 oktyabr 2001-ci il tarixli 191-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kəndi Ərəzin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Camaldin kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2] 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Camaldin kənd inzibati ərazi dairəsi tərkibindəki Camaldin kəndi Camaldın kəndi, Camaldin kənd inzibati ərazi dairəsi Camaldın kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Camaldın | |
---|---|
39°05′25″ şm. e. 45°35′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
|
Camaldin Camaləddin şəxs adının təhrifə uğramış forması hesab olunur. Əslində, Camal (şəxs adı) və din/ dın (düşərgə, yaylaq) komponentlərindən ibarət olub, adını Camal yaylağının adından almışdır.[4]
Kənddə XII əsrə aid Əliməmməd ibadətgahı var.
Kənd Əlincəçayın sahilində, dağ ətəyində yerləşir.
Əhalisi 1464 nəfərdir.
Culfa rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |