. Love.az

Canali - Wikipedia - Love.az

Ana Səhifə - Canali

Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Kənd
Canalı
41°07′09″ şm. e. 45°20′45″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qazax rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 361 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 1.524 nəfər (2009)
Milli tərkibi azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Canalı xəritədə
Canalı
Canalı

Mündəricat

  • 1 Tarixi
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Görkəmli şəxsləri
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Tarixi

redaktə

Gəncə-Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır.[1]

Toponimikası

redaktə
  • Canallı oyk, sadə. Qazax r-nunun Əzizbəyli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır. Etnotoponimdir.[2]

Əhalisi

redaktə
  • 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1524 nəfər əhali yaşayır. Əhalinin 742 nəfəri kişilər, 782 nəfəri qadınlardır.[3]

Görkəmli şəxsləri

redaktə
  • Güllü Yoloğlu (1963) - Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısıdır. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü seçilmiş, Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir). Bütövlükdə, Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır.Canallı kəndindəndir, Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində anadan olub.
  • Aşıq Canallı Məmməd - (d. 1880 – ö. 1937) - Azərbaycanın ustad aşığı.

Həmçinin bax

redaktə
  • Qazax rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Canalı&oldid=7895401"
LOVE.AZ