Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Cavanşir-Dizaq mahalı — Qarabağ xanlığının 25 mahalından biri.
Qədim-qayım Qarabağın mahallarından biri də Cavanşir-Dizaqdır. Cavanşir-Dizaq mahalı qərbdən Xırdapara-Dizaq, şimaldan Vərəndə, şərqdən Dəmirçi-Həsənli, cənubdan Ərdəbil vilayəti, Şahsevən xanlığı ilə həmsərhəd idi.
Cavanşir-Dizaq mahalı əski Arazbar qəzası ərazisinin əksər hissəsini əhatə edirdi. Arazbar qəzası isə ta qədimdən Cavanşir elinin yurd yeridir. Pənahəli xan Sarıcalı-Cavanşir hakimiyyətə yiyələnəndən sonra Qarabağ xanlığını mahallara böldü. Arazbar qəzasının əsas hissəsi Cavanşir-Dizaq mahalının ərazisinə düşdü.
Qarabağ xanları əslən Cavanşir-Dizaq mahalından olduqlarından bu bölgənin camaatına xüsusi qayğı göstərirdilər. Tarixçi Mirzə Camal Cavanşir Qarabaği yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir. Bu el qədim zamanlarda Türküstandan gəlmiş Bəhmənli elinin bir qolu olan Sarıcalı oymağındandır. Bunların ata-babaları Cavanşir eli arasında məşhur, adlı-sanlı, çörəkli, mal-dövlət və ehsan sahibi olmuş adamlar idi".[1].
1823-cü ildə Qarabağda yaranan rus hərbi komendantlığı və Qafqaz canişinliyi tərəfindən hazırlanan "statistik təsvir"də Cavanşir-Dizaq mahalı haqqında bilgi var. Bir qədər ziddiyətli olsa da, saf-çürük edib yazımıza daxil etməyi gərəkli bildik.[2]
$ Seyidmahmudlu obası — 11 tüstü vergi ödəyirdi. 11 tüstü vergidən azad olunmuşdu. Vergi ödəməyənlər: Məhəmməd yüzbaşı 1 tüstü, onun rəncbəri 1 tüstü, məaf 1 tüstü, molla 1 tüstü, çavuş 1 tüstü, kasıb və yetimlər 7 tüstü.
1827-ci ildə Mehdiqulu xan İrandan qayıdandan sonra məhkəməyə təqdim etdiyi arayışların içində mahallarda yaşayan dövlət (xəzinə) oba və kəndlərini göstərən bilgi var. Həmin bilgini yazımıza köçürməyi gərəkli bildik.
# | Obalar | Vergiödəyənlər | Ödəməyənlər | Rəncbərlər |
---|---|---|---|---|
1 | Hacılı | 86 | 13 | - |
2 | Yağləvənd | 51 | 14 | 1 |
3 | Qaraxanbəyli | 26 | 3 | 3 |
4 | Seyidmahmudlu | 25 | 3 | 1 |
5 | Böyük Bəhmənli | 27 | 5 | 3 |
6 | Merdinli | 18 | 1 | 1 |
7 | Qərbənd | 11 | 1 | 1 |
8 | Dədəli | 4 | 1 | 1 |
9 | I Zərgər | 7 | 2 | - |
10 | II Zərgər | 9 | 2 | - |
11 | Veysəlli | 27 | 3 | 2 |
12 | Dilağarda | 30 | 21 | - |
Cavanşir-Dizaq mahalının ərazisində təkcə sadaladığımız obalar yaşamırdı. Mahalda müxtəlif mülkədarlara bağlı obalar da qərar tuturdu. Cavanşir-Dizaq mahalında mülkədarlara bağlı obalar:
1831-ci ildə kollec katibi Suşko Cavanşir-Dizaq mahalının əhalisinin cədvəlini hazırlamışdı.
1832-ci ildə Cavanşir-Dizaq mahalının vergiödəyən əhalisi xüsusi cədvəldə göstərilib. Bu cədvələ mahalın obaları bütövlükdə düşməyib.
# | Obalar | Vergiödəyənlər | ödəməyənlər |
---|---|---|---|
1 | Hacılı | 76 | 17 |
2 | Yağləvənd | 48 | 9 |
3 | Qaraxanbəyli | 27 | 3 |
4 | Seyidmahmudlu | 26 | 3 |
5 | Merdinli | 15 | 1 |
1833-cü ilin 20 yanvarında Cavanşir-Dizaq mahalının əhalisi dövlət tərəfindən özəl cədvəllərdə qeyd olunub.
Titul | Adı | Başlanığıcı | Sonu |
---|---|---|---|
Naib | Məhəmmədşərif bəy Hacılı-Cavanşir | 1747 | 1761 |
Naib | Səlif bəy Hacılı-Cavanşir | 1761 | 1777 |
Naib | Məhəmmədxan bəy Hacılı-Cavanşir | 1777 | 1794 |
Naib | Şərif bəy Hacılı-Cavanşir | 1794 | 1805 |
Naib | Qasım bəy Hacılı-Cavanşir | 1805 | 1822 |
Rus üsul-idarəsi dönəmi
Mahalın naibləri Cavanşir elinin Hacılı camaatının nümayəndələrindən təyin olunurdular. Onlar irsən bu mahalı idarə etmişdilər. Digər mahallardan fərqli Cavanşir-Dizaq mahalında mülk, xalisə və başqa torpaqlar az idi. Mahalın ərazisində əsasən divan və camaat (icma) torpaqları mülkiyyət biçimi vardı.
Mahal ərazisində yaşayan obaların əksəriyyəti Cavanşir soylu olduqlarından xanlıq dönəmində heç bir vergi ödəmirdilər. Iki Qarabağ xanının vəziri olmuş, tarixçi və hüquqçu Mirzə Camal Cavanşir Qarabaği el-obaların vergi ödəməsi xüsusunda yazır: "Qarabağın bütün elləri adları dəftər və siyahıda yazılmış atlı qoşundan ibarət idi… Qarabağ ellərindən tövcü pulu və məhsuldan malcəhət alınmazdı. Onlar məaf idilər"[5]. Cavanşir-Dizaq mahalı 1840-cı ildə ləğv edildi. Yeni yaranan Şuşa qəzasının Vərəndə sahəsinə bağlandı.