Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Cavanşir Əziz oğlu Yusifli (24 sentyabr 1958, Masallı) — tənqidçi, ədəbiyyatşünas və tərcüməçi.
Cavanşir Yusifli | |
---|---|
Cavanşir Əziz oğlu Yusifli | |
Doğum tarixi | (66 yaş) |
Doğum yeri | Masallı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | ədəbiyyat nəzəriyyəçisi |
Cavanşir Əziz oğlu Yusifli 1958-ci il sentyabr ayının 24-də Masallı rayonunda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib (1986). Yardımlı rayonunda müəllim işləyib (1986–1987). 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun aspiranturasına daxil olub. 1991-ci ildə "M. F. Axundovun "Təmsilat"ı və qərbi Avropa maarifçi dramaturgiyasının ənənələri" mövzusunda namizədlik, 2010-cu ildə "Azərbaycan komediyasının poetikası" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1991–1993-cü illərdə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışıb. 1993–1994-cü illərdə Belçikanın "Medecins sans frontieres" humanitar təşkilatında tərcüməçi işləyib. 1996-cı ildə "Cahan" jurnalında çalışıb. 1998-ci ildən "Turan-98" tərcümə firmasının direktorudur. AMEA Nizami adına ədəbiyyat insitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin baş elmi işçisidir. 2000 və 2008-ci illərdə Prezident təqaüdünə layiq görülüb.
"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika elmləri" üzrə redaksiya heyətinin üzvüdür.[1]
http://news.milli.az/culture/313812.html
http://www.avanqard.net/index.php?action=static_detail&static_id=55452