Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984[1], Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox "Smeş" və "Supergörl" teleseriallarındakı rolları ilə tanınır.
Ceremi Cordan | |
---|---|
![]() | |
Doğum adı | Jeremy Michael Jordan |
Doğum tarixi | 20 noyabr 1984(1984-11-20)[1] (40 yaş) |
Doğum yeri | |
Uşağı | 1 |
Fəaliyyəti | aktyor, teatr aktyoru, televiziya aktyoru, kino aktyoru, müğənni, rəqqas, mahnı yazarı[d], səsləndirmə aktyoru[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
IMDb | ID2921091 |
jeremy-jordan.com | |
![]() |
Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur.[2][3][4]
Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur.[5]
Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır.
Cordanın ən məşhur ekran işlərinə "NBC" telekanalında yayımlanan "Smeş"[6][7] və "The CW" telekanalında yayımlanan "Supergörl" teleseriallarıdır.[8][9]
Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir.[10][11] Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.[12]