. Love.az

Ceyms Preskott Coul - Wikipedia - Love.az

Ana Səhifə - Ceyms Preskott Coul

Ceyms Preskott Coul (ing. James Prescott Joule d. 24 dekabr 1818, Solford, Lankaşir qraflığı (indiki böyük Mançester); ö. 11 oktyabr 1889, Seyl, Çeşir qraflığı) — ingilis fiziki, London Kral Cəmiyyətinin üzvü (1850). İlk Termodinamika qanunu - Enerjinin Saxlanması Qanununu təsvir edib.

Ceyms Preskott Coul
ing. James Prescott Joule
Doğum tarixi 24 dekabr 1818
Doğum yeri Böyük Britaniya, İngiltərə, Lankaşir qraflığı, Salford
Vəfat tarixi 11 oktyabr 1889 (70 yaşında)
Vəfat yeri Böyük Britaniya, İngiltərə, Seyl, Çeşir qraflığı
Vətəndaşlığı İngiltərə İngiltərə
Elm sahəsi fizika
Təhsili
  • Mançester Universiteti
Üzvlüyü
  • London Kral Cəmiyyəti,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1887–),
  • Turin Elmlər Akademiyası[d] (1848–)[1]
Mükafatları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Haqqında
  • 2 Mükafatları
  • 3 Xarici keçidlər
  • 4 Mənbə
  • 5 İstinadlar

Haqqında

redaktə

Ceyms Preskott Coul ev təhsili almışdı. Müəllimi C. Daltonun təsiri altında fizikaya böyük maraq göstərərək, fiziki eksperimentlər aparmağa başlayan Coul elektromaqnit hadisələrinin öyrənilməsinə, alçaq temperaturlar fizikasına, enerjinin saxlanması qanununun əsaslandırılmasına böyük töhfə vermişdir. 1840-cı ildə Ferromaqnetiklərin maqnitlənməsi zamanı doyma effektini və 1842-ci ildə maqnito striksiyanı aşkar etmişdir. Coul E.X.Lentsdən asılı olmayaraq, 1841-ci ildə naqildən cərəyan keçərkən ayrılan istilik miqdarının naqilin müqavimətindən və cərəyan şiddətindən asılılığını müəyyən etmişdir və bu, 1843-cü ildə nəşr olunmuşdur. Həmin qanun Coul-Lents qanunu adlandırılır.

C.P.Coul 1843–50-ci illərdə mexaniki enerjinin istilik enerjisinə keçməsinin mümkünlüyünü göstərdi və istiliyin mexaniki ekvivalentini hesabladı ki, bu da enerjinin saxlanması qanununun eksperimentlə əsaslandırılması oldu. O, istiliyə zərrəciklərin hərəkəti kimi baxaraq, bəzi qazların istilik tutumlarını nəzəri olaraq təyin etmiş və göstərmişdir ki, ideal qazın daxili enerjisi yalnız temperaturdan asılıdır. Fizikada Coul qanunu adlandırılır. Coul, həmçinin 1852-62-ci illərdə U. Tomsonla birlikdə qazın məsaməli arakəsmədən adiabatik keçməsi zamanı onun soyumasını müşahidə etmiş və öyrənmişdir. Buna isə Coul-Tomson effekti deyilir. Eyni zamanda iş, enerji və istilik miqdarı vahidi coul (C) adlandırılmışdır.[2]

Mükafatları

redaktə
  • 1852-ci ildə London Kral Cəmiyyətinin qızıl medalı
  • 1866-cı ildə London Kral Cəmiyyətinin Q. Kopli medalı
  Vikianbarda Ceyms Preskott Coul ilə əlaqəli mediafayllar var.

Xarici keçidlər

redaktə
  • Great Creation Scientists: James Joule (1818–1889) — answersingenesis.org saytı (ing.)

Mənbə

redaktə
  • http://www.yeniheyat.com/v2/alimler.htm Arxivləşdirilib 2008-01-19 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ www.accademiadellescienze.it (it.).
  2. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 391–392. ISBN 978-9952-441-10-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ceyms_Preskott_Coul&oldid=8138533"
LOVE.AZ