Clairo (Kler Elizabet Kottrill; 18 avqust 1998[15], Atlanta[2]) — amerikalı müğənni-bəstəkar. Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb, 13 yaşında internetə musiqi yerləşdirməyə başlayıb.[16]
Clairo | |
---|---|
![]() Clairo 2024-ci ildə | |
Ümumi məlumatlar | |
Digər adı | DJ Baby Benz |
Doğum adı | Claire Elizabeth Cottrill |
Doğum tarixi | [1] (26 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 2012-ci ildən |
Janrlar | pop musiqisi[3], lou-fay[4], elektropop[d][5], indi-rok[6], indi-pop[3], soft-rok[d][7], bedrum pop[d][4][8], sinti-pop[9][10], xalq musiqisi[11] |
Albom şirkətləri | Fader Label[12], Republic Records[13] |
Təhsili | |
clairo.com | |
![]() |
Clairo 2017-ci ildə "Pretty Girl" adlı lou-fay sinqlının musiqi videosu sayəsində məşhurlaşdı.[17][18] Bunun ardınca 2018-ci ildə Fader Label ilə müqavilə bağlayaraq ilk minialbomu "Diary 001"-ı buraxdı.[19] Onun 2019-ci ildə yayımladığı ilk studiya albomu "Immunity" müsbət şərhlər qazandı, "Bags" və "Sofia" ən çox bəyənilən sinqllar oldu.[20] Clairo-nun ikinci studiya albomu, "Sling" 2021-ci ildə işıq üzü gördü. Albom buraxıldıqdan sonra kommersiya uğuru qazandı, ABŞ Billboard 200-də ilk 20-də yekunlaşdı.
Kler Kottrill Corciya ştatının Atlanta şəhərində anadan olub və Massaçusets ştatının Karlayl şəhərində böyüyüb.[21] O, marketinq icraçısı Ceff Kottrillin qızıdır.[22]