CloverWorks (株式会社CloverWorks, Kabuşiqi-qayşa KurobaVakusu?) – Yaponiya animasiya studiyası. "A-1 Pictures" animasiya studiyasının tərkibində olmuş "Koenji" studiyasının rebrendinqi nəticəsində yaradılmışdır. Studiya hazırda anime istehsalı ilə məşğul olan "Aniplex" şirkətinin tərkibinə daxildir.[1]
CloverWorks | |
---|---|
![]() | |
| |
Ümumi məlumatlar | |
Tipi | kabuşiki qaişa[d] |
Məhsulu | anime |
Təsis tarixi | 1 oktyabr 2018 |
Baş qərargahın yeri | |
cloverworks.co.jp |
"CloverWorks" studiyası 1 aprel 2018-ci ildə "A-1 Pictures" animasiya studiyasının "Koenji" studiyasının rebrendinqi əsasında yaradılmışdır. Studiyanın yenidən adlandırılmasının səbəbi yeni studiyanı "A-1 Pictures"in "Asagaya" studiyasından fərqləndirmək və studiyanın özünəməxsus animasiya stilini bildirmək olmuşdur.[2][3]
Studiya yaradıldıqdan sonra 4 animenin istehsalçı studiyasının adı "A-1 Pictures"dən "CloverWorks"a dəyişdirilmişdir: "Slow Start", "Darling in the Franxx", "Persona 5" və "Ace Attorney" (2-ci mövsüm). "Slow Start" animesinin istehsalçı studiyasının adı anime yayımlandıqdan sonra, "Darling in the Franxx" animesinin istehsalçı studiyasının adı istehsal prosesi zamanı dəyişdirilmişdir.[4][5]
1 oktyabr 2018-ci ildə "CloverWork"un "A-1 Pictures"dən ayrıldığı, lakin "Aniplex"in tərkibində qaldığı açıqlanmışdır.[6]
Studiya tərəfindən istehsal olunmuş anime seriallarına "Darling in the Franxx"[7] (2018), "Persona 5"[8] (2018), "Rascal Does Not Dream"[9] (2018), "Fairy Tail"[10] (9-cu mövsüm, 2018), "The Promised Neverland"[11] (2019), "Fate/Grand Order – Absolute Demonic Front: Babylonia"[12] (2019), "The Millionaire Detective Balance: Unlimited"[13] (2020), "Horimiya"[14] (2021), "Wonder Egg Priority"[15] (2021), "Shadows House"[16] (2021), "My Dress-Up Darling"[17] (2022), "Spy × Family"[18] (2022), "Bocchi the Rock!"[19] (2022), "Wind Breaker"[20] (2024), "Black Butler: Public School Arc"[21] (2024), "The Elusive Samurai"[22] (2024), "Black Butler: Emerald Witch Arc"[23] (2025), "The Fragrant Flower Blooms with Dignity"[24] (2025) kimi anime serialları daxildir.
Studiya tərəfindən "Rascal Does Not Dream of a Dreaming Girl"[25] (2019), "Fate/Grand Order: Final Singularity-Grand Temple of Time: Solomon"[26] (2021), "Rascal Does Not Dream of a Sister Venturing Out"[27] (2023), "Rascal Does Not Dream of a Knapsack Kid"[28] (2023), "Casus ailəsi. Kod Bəyaz"[29] (2023) anime filmləri istehsal olunmuşdur.