[1]Qolan təpələri,[2][1][3][4] həmçinin Qövlan təpələri,[5] Qulan təpələri[6] (ərəb. هضبة الجولان, Həzbətul Qəvlan və ya مرتفعات الجولان, Murtəfətül-Qəvlan) və ya Qolan təpələri[7][8] (ivr. רמת הגולן, Ramat Ha-Qolan (qulaq as)ⓘ) — Suriyanın cənub-qərb, İsrailin şimali-şərq ərazilərində yerləşən təpəlik ərazilər. Qolan platosu adı ilə də tanınan Qolan təpələri Livan, İordaniya və Suriya ilə sərhəd ərazidə yerləşir. Ərazidə zəngin su qanyaqları var. Qolan təpələri Suriyanın ərazisində yerləşsə də, 1967-ci ildə baş vermiş Altı günlük müharibə zamanı İsrail tərəfindən işğal edilmişdir. 1981-ci ildə İsrail Qolan təpələrini öz ərazisinə qatdığını rəsmən elan etmişdir. Beynəlxalq təşkilatlar isə, bu ərazini İsrail tərəfindən işğal olunmuş Suriya ərazisi hesab edir.
Qolan Təpələrindəki ən böyük yəhudi şəhəri Katzrin şəhəridir və inkişaf etmiş sənaye zonası və rəsmi dövlət idarələri ilə Qolan Təpələrinin iqtisadi mərkəzidir. Qolan təpələrində 4 druz şəhəri də var.
25 mart 2019-cu ildə ABŞ İsrailin Qolan təpələri üzərindəki suverenliyini tanıyan ilk dövlət olmuşdur.[9]
Azərbaycan Milli Ensiklopediyasında ərazi “Holan yüksəklikləri” formasında qeyd edilib.[10]
Vikianbarda Colan təpələri ilə əlaqəli mediafayllar var. |