Con Hik (ing. John Hick; 20 yanvar 1922[1][2], Skarboro, Nort-Yorkşir[d] – 9 fevral 2012[3][1][…], Birminhem, Qərbi Mildlend[d]) — din fəlsəfəçisi və teoloq. Fəlsəfi ilahiyyat sahəsində, xüsusən də teodis, esxatologiya, xristologiya, dini plüralizm və dini epistemologiya sahəsində çalışmışdır[4].
Con Hik | |
---|---|
ing. John Hick, John Harwood Hick | |
Doğum tarixi | |
Doğum yeri | Yorkşir, İngiltərə |
Vəfat tarixi | (90 yaşında) |
Vəfat yeri | Birminhem, İngiltərə |
Milliyyəti | ingilis |
İş yerləri | |
Təhsili | |
johnhick.org.uk |
20 oktyabr 1922-ci ildə Yorkşirdə anadan olmuşdur. Mançester Universitetində çalışan, Xristian əxlaqı dərsini tədris edən əmisi Edvard Hirstin təşviki ilə gənc yaşlarında din və fəlsəfə mövzuları ilə maraqlanmağa başlamışdır. Əvvəlcə Hull Universitetində hüquq təhsili aldıqdan, sonra xristian din xadimi olmaq üçün Presbiteriyan İngilis kilsəsinə üzv oldu, sonra Edinburq Universitetində fəlsəfə öyrənmişdir. Kembric Vestminister Teologiya məktəbində Əhdi-Ətiq, Əhdi-Cədid, Xristian doktrinası və kilsələr tarixini öyrəndmişdir. 1953-56 illəri arasında kilsə xidmətində çalışdı. Kornell Universitetinin Fəlsəfə kafedrasında və Kembric Universitetinin İlahiyyat fakültəsində dərs dedikdən sonra 1967-ci ildə Birminhem Universitetində fəlsəfə professoru olmuşdur. Müxtəlif universitetlərdə dərs demiş və 1994-cü ildə təqaüdə çıxmışdır. 25-dən çox kitabı mövcuddur[5].