Corc Heylmeyer (22 may 1936, Filadelfiya, Pensilvaniya – 22 aprel 2014 və ya 21 aprel 2014[1], Plano[2]) — maye kristal texnologiyasının yaradıcısı.[4]
Corc Heylmeyer | |
---|---|
![]() | |
Doğum tarixi | 22 may 1936(1936-05-22) |
Doğum yeri | |
Vəfat tarixi | 22 aprel 2014(2014-04-22) (77 yaşında) və ya 21 aprel 2014(2014-04-21)[1] (77 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Elm sahəsi | elektrik mühəndisliyi |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
1960-cı illərin ortalarında Heylmeyer Radio Corp of America (RCA) şirkətinin tədqiqat laboratoriyasında işləyib. Artıq o zaman Heylmeyer ekranda təsvirin formalaşdırılması üzərində təcrübələrə başlayıb.[4]
1968-ci ilin mayında RCA şirkətinin nümayiş etdirdiyi yeni texnologiyanı elektron cihazlarda istifadə etmək mümkün idi. Artıq o zaman bir sıra alimlər LCD ekranların gələcəyinə inanırdılar. 1960-cı illərdə maye kristal texnologiya məhdud şəkildə tətbiq edilirdi və ekranlarda uzun müddət işıqlandırıcı olmayıb, amma texnologiya daim təkmilləşirdi. Hazırda bütün monitorlar və televizorlar bu texnologiya əsasında buraxılır.[4]
Heylmeyer 2014-cü il aprelin 21-də öz evində ölmüşdür. Mühəndis altsheymer xəstəliyindən əziyyət çəkirdi.[4]