. Love.az

Cozef Kittincer - Wikipedia - Love.az

Ana Səhifə - Cozef Kittincer

Cozef Uilyam Kittincer II (ing. Joseph William Kittinger II; 27 iyul 1928[1][2], Tampa, Florida[1][2] – 9 dekabr 2022[3][4][…]) — "Manhigh" və "Excelsior" layihələrində iştirakı ilə tanınan ABŞ Hərbi Hava Qüvvələri zabiti. Vyetnam müharibəsi zamanı o, vurularaq əsir düşmüş və 11 ay əsirlikdə qalmışdır.

Cozef Kittincer
ing. Joseph William Kittinger Jr.
Şəxsi məlumatlar
Doğum adı Joseph William Kittinger Jr.[1][6][…]
Doğum tarixi 27 iyul 1928(1928-07-27)[1][2]
Doğum yeri
  • Tampa, Florida, ABŞ[1][2]
Vəfat tarixi 9 dekabr 2022(2022-12-09)[3][4][…] (94 yaşında)
Vəfat səbəbi ağciyər xərçəngi[7]
Vətəndaşlığı
  •  ABŞ
Təhsili
  • Florida Universiteti (1947–1949)[1][5]
Hərbi fəaliyyəti
Qoşun növü ABŞ Hərbi Hava Qüvvələri[5]
Xidmət illəri 1949–1978
Döyüşlər
  • Vyetnam müharibəsi[5]
Təltifləri Army of Occupation Medal (Amerika Birləşmiş Ştatları) "Milli müdafiəyə xidmətə görə" medalı (Amerika Birləşmiş Ştatları) Vietnam Service Medal (Amerika Birləşmiş Ştatları) Air and Space Longevity Service Award Silver Star (Amerika Birləşmiş Ştatları) Distinguished Flying Cross (Amerika Birləşmiş Ştatları) "Bürünc ulduz" medalı (Amerika Birləşmiş Ştatları) Purpur Ürək (Amerika Birləşmiş Ştatları) "Ləyaqətli xidmətə görə" medalı (Amerika Birləşmiş Ştatları) Air Medal (Amerika Birləşmiş Ştatları) Presidential Unit Citation (Amerika Birləşmiş Ştatları) Air Force Outstanding Unit Award Prisoner of War Medal (Amerika Birləşmiş Ştatları) "Ləyaqət legionu" ordeninin legioner dərəcəsi (Amerika Birləşmiş Ştatları) Vietnam Campaign Medal (Cənubi Vyetnam) Gallantry Cross (Cənubi Vyetnam)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Excelsior" layihəsi üzrə 3-cü tullanış

Mündəricat

  • 1 Həyatı
    • 1.1 "Ekselsior" layihəsi
    • 1.2 "Stargeyzer" layihəsi
    • 1.3 Sonrakı xidməti
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Florida ştatının Tampa şəhərində anadan olub. 1949-cu ilin martında o, ABŞ Hərbi Hava Qüvvələrinə qatılır və pilot hazırlığı məktəbinə göndərilir. 1950-ci ilin martında təlimi başa vurduqdan sonra pilot adını və kiçik leytenant rütbəsini qazandı. Daha sonra 86-cı qırıcı-bombardmançı qrupun tərkibində AlmaniyadakıRamştayn Hava Bazasında xidmət etmişdir. 1953-cü ildə Nyu-Meksikodakı Holloman Hərbi Hava Qüvvələri bazasına köçürülmüş, burada hava təhlükəsizliyi zabiti olaraq sağ qalma və katapulta metodları üzrə təlimatçı kimi xidmət etmişdir.

"Ekselsior" layihəsi

redaktə

Layihənin adı latın dilindən "yüksək" mənasını verən "excelsior" sözündən gəlir. Layihə böyük hündürlükdən paraşütlə tullanmanı tədqiq etmək üçün planlaşdırılmış və stratostatlardan həyata keçirilməli olan cəmi üç tullanış nəzərdə tutulmuşdu. O zaman kapitan Kittincer Rayt-Patterson Hərbi Hava Qüvvələri bazasındakı Aerotibbi Laboratoriyaya təhkim edilmişdi. İlk tullanış 16 noyabr 1959-cu ildə 23300 metr hündürlükdən edildi. Texniki xəta səbəbindən sabitləşdirici paraşüt açılmadı və Kittincer hava burulğanına düşərək bədəni dəqiqədə 120 dövrə sürətlə fırlanmağa başladı. Yüklənmənin 22g-yə qədər artması səbəbindən Cozef huşunu itirdi. Paraşüt avtomatik paraşüt açma qurğusu vasitəsilə açıldı və o yerə sağ-salamat enə bildi. Dekabrın 11-də o bu dəfə 22760 metr hündürlükdən tullandı və buna görə "Leo Stivens paraşüt medalı" ilə edildi.

1960-cı il avqustun 16-da Ekselsior layihəsi çərçivəsində 31300 metr hündürlükdən sonuncu tullanış baş tutdu. Sabitləşdirmə üçün əyləc paraşütünü açan Cozef Kittincer 5500 metr hündürlükdə əsas paraşütü açana qədər 4 dəqiqə 36 saniyə ərzində saatda 988 km (və ya saniyədə 274 m) sürətə çatmışdı. Sağ əlcəyin hermetikliyi pozulmuşdu. Bu tullanışda bir neçə rekord qeydə alındı: stratostatdan ən yüksək tullanış, ən yüksək paraşütlə tullanma, əyləc paraşütü ilə ən uzun düşüş və tullanış zamanı əldə edilən ən yüksək sürət. Bütün bu qeydlər ABŞ Hərbi Hava Qüvvələri tərəfindən qeydə alınıb, lakin FAI tullanış zamanı sabitləşdirici paraşütdən istifadə edildiyinə görə bu rekordları tanımır.

"Stargeyzer" layihəsi

redaktə

Holloman aviabazasına qayıdan Kittincer 1962-ci il dekabrın 13–14-də "Stargeyzer" layihəsində iştirak etdi. O və astronom Uilyam K. Uayt stratostatla 19050 metr hündürlüyə qalxaraq burada 15 saatdan çox astronomik müşahidələr apardılar.

Sonrakı xidməti

redaktə

Kittincer daha sonra Vyetnamda xidmət etdi və 483 uçuş yerinə yetirdi. ƏvvəlcəDouglas A-26 Invader və modifikasiya olunmuş On Mark Engineering B-26K Counter-Invader ilə uçurdu, sonradan isə McDonnell Douglas F-4 Phantom II- yə keçdi və 555-ci taktiki qırıcı eskadronun komandiri oldu. O, həm də 432-ci taktiki kəşfiyyat aviaqrupunun komandiri idi.

Kittincer 1972-ci il mayın 11-də Uilyam C. Reyçlə birlikdə F-4D ilə Şimali Vyetnamın Tay Nquyen kəndinin şimal-qərbindən uçarkən vuruldu[8][mənbədə yoxdur] Fantom MiQ-21 təyyarəsi tərəfindən vuruldu və katapultasiyadan sonra Kittincer və Reyç ələ keçirilərək Hanoy Hilton həbsxanasına yerləşdirildi. Onlar 11 ay orada qaldılar. Kittincer əsirlikdə olarkən işgəncələrə məruz qalırdı .

Florida ştatının Orlando şəhərində yaşayırdı. O , Red Bull Stratos layihəsinin həyata keçirilməsində köməklik göstərmişdir .

Həmçinin bax

redaktə
  • Pyotr Dolqov — stratosferdən tullanma zamanı həlak olan sovet paraşütçü.
  • Feliks Baumqartner — 2012-ci ilin oktyabrında stratostatdan rekord tullanış edən paraşütçü.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Goldstein R. Joseph Kittinger, a Record-Setter High in the Skies, Dies at 94 (ing.). 2022. ISSN 0362-4331
  2. ↑ 1 2 3 4 Joseph Kittinger Obituary - Altamonte Springs, FL (ing.). Dignity Memorial.
  3. ↑ 1 2 Joseph Kittinger, who set longtime parachute record, dies (ing.).
  4. ↑ 1 2 Joseph Kittinger: highest skydiver for 52 years dies aged 94en (ing.).
  5. ↑ 1 2 3 4 Veteran Tributes.
  6. ↑ Joseph “Joe” William Kittinger, Jr. | National Aviation Hall of Fame (ing.).
  7. ↑ Joseph Kittinger, who set longtime parachute record, dies (ing.). 2022.
  8. ↑ Vietnam Air Losses, Chris Hobson, Midland Publishing, Hinckley UK, c2001, p.226, ISBN 1-85780-115-6

Xarici keçidlər

redaktə
  • Bioqrafiyası Arxivləşdirilin (Yoxlanılıb 25 avqust 2009)
  • ABŞ Hərbi Hava Qüvvələrinin saytında profili  (ing.) (Yoxlanılıb 25 avqust 2009)
  • "Populyar mexanika" jurnalında da barəsindəki məqalə Arxivləşdirilib (Yoxlanılıb 25 avqust 2009)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cozef_Kittincer&oldid=7691798"
LOVE.AZ