Cuğağıl dağı - Culfa rayonu ərazisində dağ (hünd. 970,4 m). Nehrəm platosunun cənub-şərq kənarında zirvə, Gülüstan (keçmiş Cuğa) kəndindən 2 km şimal-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin maili yatan çökmə süxurlarından təşkil olunmuş yastı zirvəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının geniş cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli submeridional istiqamətli Cuğa antiklinalının maili qərb qanadında yerləşir.[1]
Cuğağıl dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 970,4 m |
Yerləşməsi | |
Ölkə |
![]() |
Vilayət |