. Love.az

Dorduncu Zobucuq - Wikipedia - Love.az

Ana Səhifə - Dorduncu Zobucuq
Bu adın digər istifadə formaları üçün bax: Zobucuq.

Dördüncü Zobucuq — Azərbaycan Respublikasının Füzuli rayonunun Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1]

Dördüncü Zobucuq
39°34′36″ şm. e. 47°24′22″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Əsası qoyulub 13 iyun 2008
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Rəsmi dili
  • Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 994
Poçt indeksi AZ1926
Nəqliyyat kodu 19
Xəritəni göstər/gizlə
Dördüncü Zobucuq xəritədə
Dördüncü Zobucuq
Dördüncü Zobucuq

Bu Qəsəbə "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla[2] Füzuli rayonunun Kərimbəyli bələdiyyəsinin ərazisinə aid edilib[3].

Mündəricat

  • 1 Tarixi
  • 2 Əhalisi
  • 3 İqtisadiyyatı
  • 4 Mədəniyyəti
  • 5 Təhsil
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Tarixi

redaktə

"Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" 13.06.2008-ci il tarixli 643-IIIQ nömrəli Qanunla[4] Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə Dördüncü Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Həmin Qanuna əsasən Dördüncü Zobucuq qəsəbəsi mərkəz olmaqla Dördüncü Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.

Əhalisi

redaktə

Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

İqtisadiyyatı

redaktə

Dördüncü Zobucuq qəsəbəsində torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

2018–2019-cu təsərrüfat ilində 388 ha taxıl əkilib, 501 kq barama istehsal olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Mədəniyyəti

redaktə

Qarakollu Poçt Şöbəsi Dördüncü Zobucuq qəsəbəsində yerləşir. Poçt indeksi: AZ1926.[5]

Təhsil

redaktə

Dördüncü Zobucuq qəsəbəsində 288 şagird yerlik məktəb binası tikilib istifadəyə verilmişdir.[6]

Qəsəbədə "34 № li tam orta məktəb" fəaliyyət göstərir.[7]

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-03-18.
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-21.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2025-05-12.
  5. ↑ ""Azərpoct" MMC-nin Füzuli Poct Filialı" (az.). fuzuli-ih.gov.az. 2020. 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-17.
  6. ↑ Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  7. ↑ "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.

Həmçinin bax

redaktə
Füzuli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dördüncü_Zobucuq&oldid=8142966"
LOVE.AZ