. Love.az

Dorduncu Sulale Misir - Wikipedia - Love.az

Ana Səhifə - Dorduncu Sulale Misir

IV sülalə - Qədim Misirdə Qədim padşahlıq dövrünün ikinci sülaləsi[1]. Təxminən e.ə 2639–2506-cı illərdə hakimiyyətdə olub. Sülalə tarixdə "piramida tikənlər sülaləsi" kimi tanınıb. Beləki Xeops, Xefren, Menkaur piramidalarının tikintisi bu dövrə aiddir.

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülalə • II sülalə
Qədim padşahlıq
III sülalə • IV sülalə
V sülalə • VI sülalə
Birinci aralıq dövr
VII sülalə • VIII sülalə
IX sülalə • X sülalə
XI sülalə
Orta padşahlıq
XI sülalə • XII sülalə
İkinci aralıq dövr
XIII sülalə • XIV sülalə
XV sülalə • XVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülalə • XX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülalə • XXIII sülalə
XXIV sülalə • XXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülalə • XXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər
  • bax
  • müzakirə
  • redaktə

Tarix

redaktə

Təxminən e.ə. 2613-2494-cü illərdə hakimiyyətdə olan IV sülalənin hökmranlığı Qədim Misir tarixində önəmli yerə malikdir və böyük piramidaların inşası ilə yadda qalıb. Bu dövr, Nil çayı sahilindəki sivilizasiyasının zirvə nöqtələrindən hesab olunur.

Sülalənin banisi Snofru idi. Onun hakimiyyəti illərində üç böyük piramida inşa etdirildi. Snofrunun Dahşur bölgəsindəki Əyilmiş Piramidası unikal forması ilə seçilir. Bu illərə aid digər böyük tikili - Qırmızı Piramida isə ilk həqiqi düz bucaqlı piramida hesab olunur. Snofrunun dövründə Memfis güclü iqtisadi və mədəni mərkəzə çevrilib.

 
 
 
Cizədə üç böyük ehram - Xeops, Xefren və Menkaur piramidaları

Snofrudan sonra taxta Xufu (Xeops) çıxdı. Onun adı qədim dövr memarlığının incilərindən, dünyanın yeddi möcüzəsidən müasir zamana qədər gəlib çatan yeganə abidə Böyük Cizə Piramidası ilə əbədiləşib. Bu piramidanın tikintisində misilsiz mühəndislik bacarıqları tətbiq edilib.

Xufunun ardınca Xefren hakimiyyətə gəlib. O, öz adı ilə bağlı olan ikinci böyük Cizə piramidasını tikdirib. Bununla yanaşı Böyük Sfinksin inşasını da onunla əlaqələndirirlər. Xefrenin piramidası və Sfinks, qədim Misirin güc və mistik simvollarından sayılır.

Sülalənin son görkəmli fironu Menkaur olub. O, Cizəda ən kiçik piramidanı inşa etdirib. Menkauranın dövrü, əvvəlki fironlara nisbətən daha çox sosial və dini dəyişikliklərlə yadda qalıb. Bu illərdə sosial ədalətə və dini rituallara xüsusi diqqət yetirilib.

IV sülalə dövründə dini inanc sistemləri inkişaf edib, fironların tanrı kimi qəbul olunması fikri güclənib və Ra-nın kultu əhəmiyyət qazanıb. Öz növbəsində piramidalar fironların ilahi qüdrətini və ölümdən sonrakı həyatlarını simvolizə edən möhtəşəm tikililər hesab edilir.

Sülalənin sonu ilə Misir siyasi parçalanma və böhran dövrünə daxil olub. Lakin IV sülalənin mirası, xüsusilə piramida tikililəri, Misirin gələcək mədəniyyətinə və tarixinə dərindən təsir edib.

Fironlar

redaktə
Ad Şəkil Hor adı Hakimiyyət illəri
Snofru
 
Nebmaat
e.ə 2613-2589
Xufu
 
Medcedu
e.ə. 2589-2566
Cedefra
 
Xeper
e.ə. 2566-2558
Xefren
 
Userib
e.ə. 2558-2532
Bixeris
e.ə. 2532
Menkaur
 
Xaxet
e.ə. 2532-2503
Şepseskaf
 
Şepsesket
e.ə. 2503-2496
Cedefptah
e.ə. 2496-2494

İstinadlar

redaktə
  1. ↑ "The Old Kingdom (c. 2543–c. 2120 bce) and the First Intermediate period (c. 2118–c. 1980 bce), Britannica". 2024-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-16.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dördüncü_sülalə_(Misir)&oldid=8133075"
LOVE.AZ