. Love.az

Dunya Mektebi - Wikipedia - Love.az

Ana Səhifə - Dunya Mektebi
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Dünya məktəbi — 1998-ci ildə Xəzər Universitetinin nəzdində yaradılmış məktəb. Təsisçilər: Hamlet İsaxanlı və Nailə İsayevadır.

Xəzər Universiteti Dünya Məktəbi
Əsası qoyulub sentyabr 1998
Şəhər Bakı
Ünvan Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1130, Əcəmi Naxçıvani 9

Mündəricat

  • 1 Fəaliyyəti
  • 2 Qəbul qaydaları
  • 3 Təhsil
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Fəaliyyəti

redaktə

Məktəb müasir təlim tərbiyə ocağı kimi Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərir.

"Dünya" məktəbində ibtidai və orta təhsillə yanaşı məktəbəqədər hazırlıq sinifləri də fəaliyyət göstərir.

Təhsil həftəsi 5 günlükdür. Şənbə günü dərsdənkənar dərnəklər fəaliyyət göstərir, mədəni və əyləncəli görüşlər təşkil olunur. Şagirdlər saat 8/8.50-dən 15.20/16-ya qədər məktəbdə olurlar.

2009-cu il yanvar ayının 16-dan etibarən Dünya Məktəbi beynəlxalq statusu alaraq IB World School oldu.

Qəbul qaydaları

redaktə

Məktəbə ən müxtəlif ailə və zümrələrdən olan zehni cəhətdən normal inkişaf etmiş şagirdlər bilik, bacarıq və qabiliyyət nümayişinə əsaslanan imtahan və müsahibə yolu ilə qəbul edilir. Məktəbə qəbulda uğur qazanmayan şagirdlərə xüsusi təyin olunmuş vaxtda özlərini yenidən sınamaq imkanı verilir.

Təhsil

redaktə

Təhsil 3 pillədən ibarətdir:

  • İbtidai təhsil (I–IV siniflər)
  • Ümumi orta təhsil (V–IX siniflər)
  • Tam orta təhsil (X–XI siniflər)

Dünya Məktəbində təhsil 3 bölmə üzrə Azərbaycan, rus və ingilis dillərində aparılır.

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  • dunyaschool.az — rəsmi saytı
  • Dünya Məktəbi — Facebook səhifəsi
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dünya_Məktəbi&oldid=8047472"
LOVE.AZ