. Love.az

Duzdidil Xanim - Wikipedia - Love.az

Ana Səhifə - Duzdidil Xanim

Düzdidil xanım (1825, Şimali Qafqaz – 18 avqust 1845, İstanbul) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı.

Düzdidil xanım
türk. Düzdidil Kadın Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 1825
Doğum yeri
  • Şimali Qafqaz, Rusiya
Vəfat tarixi 18 avqust 1845(1845-08-18)
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Yeni Məscid
Atası Şıxım bəy Dişan
Həyat yoldaşı
  • I Əbdülməcid
Uşağı
  • Cəmilə Sultan

Həyatı

redaktə

Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan.

Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Ölümünün ardından həyatda qalan yeganə övladı Cəmilə Sultan Sultan Əbdülməcidin digər xanımı Rahimə Pirüstü xanım tərəfindən övladlığa götürüldü.

Övladları

redaktə
  • Cəmilə Sultan
  • Səmiyə Sultan (d. 23 fevral 1845 - ö. 18 aprel 1845)

Mənbə

redaktə
  • Harun Açba (2007). Kadın efendiler: 1839-1924. Profil. ISBN 978-9-759-96109-1
  • http://www.wdl.org/en/item/8927/
  • https://books.google.com/books?id=HuZTefumFSQC
  • M. Çağatay Uluçay (2011). Padişahların kadınları ve kızları. Ötüken. pp. 248–49. ISBN 978-9-754-37840-5
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Düzdidil_xanım&oldid=7689748"
LOVE.AZ