Dərbənd rayonu — Rusiya Federasiyasının Dağıstan Respublikasında inzibati-ərazi vahidi. Xəzər dənizinin sahilində yerləşir.
Rusiya rayonu | |
Dərbənd | |
---|---|
| |
42°04′09″ şm. e. 48°17′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1921 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Digər | |
derbrayon.ru | |
![]() |
Rayon ərazisində 2-si qəsəbə, 38-i kənd olmaqla 40 yaşayış məntəqəsi mövcuddur. Ümumi rayon əhalisinin 58,09%-ni, rayonda yerləşən şəhər tipli qəsəbələrdə yaşayan şəhər əhalisinin 11,26%-ni, kəndlərdə yaşayan əhalinin isə 72,14%-ni etnik azərbaycanlılar təşkil edirlər. Rayon əhalisinin 65%-i kənd təsərrüfatında, 20%-i yüngül yeyinti sənayesində, 15%-i isə xidmət sektorunda çalışır.[4] Kənd təsərrüfatında istehsal olunan ümumi məhsulunun içərisində əkinçiliyin xüsusi çəkisi 83%, heyvandarlığın xüsusi çəkisi isə 17% təşkil edir.[4] Yüngül sənaye rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının emalı istiqamətində ixtisaslaşmışdır. Bu tip müəssisələr içərisində şərab istehsalı ilə məşğul olan iri zavodlar istehsalın həcminə görə fərqlənirlər.[4] Rayonda 47 orta məktəb, 16 məktəbəqədər müəssisə, 6 musiqi məktəbi, 1 texniki-peşə məktəbi və 36 kitabxana fəaliyyət göstərməkdədir.[4]
Etnik qrup | Cəmi | Şəhər | Kənd |
---|---|---|---|
cəmi | 86 494 | 19 958 | 66 536 |
azərbaycanlı | 50 247 | 2 248 | 47 999 |
ləzgi | 16 278 | 10 707 | 5 571 |
tabasaranlı | 9 229 | 2 370 | 6 859 |
dargin | 6 828 | 2 806 | 4 022 |
ağul | 1 848 | 617 | 1 231 |
rus | 651 | 379 | 272 |
qumuq | 384 | 259 | 125 |
rutul | 365 | 224 | 141 |
lak | 272 | 180 | 92 |
avar | 74 | 33 | 41 |
dağ yəhudisi | 24 | ... | 24 |
tat | 20 | ... | 20 |
yəhudi | 7 | ... | 7 |
noqay | 5 | 2 | 3 |
çeçen | 4 | 1 | 3 |
saxur | 2 | 2 | ... |
Adı | Əhali | Azərbaycanlılar | Ləzgilər | Tabasaranlılar | Dargilər | Ağullar | Ruslar | Qumuqlar |
---|---|---|---|---|---|---|---|---|
Cəmi | 86 494 | 58.09 % | 18.82 % | |||||
Belici (qəsəbə) | 11 584 | 90.00 % | ||||||
Hecux | 6 367 | 72.00 % | 8.00 % | 15.00 % | ||||
Vəlikənd | 3 755 | 100.00 % | ||||||
Rükəl | 3 026 | 100.00 % | ||||||
Belici (kənd) | 3 011 | 66.00 % | 11.00 % | 22.00 % | ||||
Bərikəy | 2 805 | 89.00 % | ||||||
Dəliçoban | 2 173 | 83.00 % | ||||||
Əğlabi | 2 037 | 40.00 % | 57.00 % | |||||
Ərəblər | 1 785 | 12.00 % | 39.00 % | 36.00 % | ||||
Bilhədi | 610 | 99.00 % | ||||||
Andreyevka | 319 | 72.00 % | ||||||
Vavilovo | 230 | 26.00 % | 28.00 % | 36.00 % |
Rayon ərazisində 2-si qəsəbə, 27-si kənd bələdiyyəsi olmaqla 29 bələdiyyə yerləşir. 27 kənd bələdiyyəsi 38 kənd yaşayış məntəqəsini əhatə etməkdədir.[8]
Məntəqə[9] | Əhalisi[5] |
---|---|
Dərbənd r. | 86 494 |
Belici q. | 11 584 |
Məmmədqala q. | 8 374 |
Hecux k. | 6 367 |
Çinar k. | 4 357 |
Vəlikənd k. | 3 755 |
Xəzər k. | 3 490 |
Sabnova k. | 3 361 |
Rubas k. | 3 326 |
Belici k. | 3 011 |
Bərikəy k. | 2 805 |
Rukel k. | 2 682 |
Cəmikənd k. | 2 337 |
Padar k. | 2 120 |
Dəliçoban k. | 2 173 |
Ağlobi k. | 2 037 |
Səlik k. | 1 811 |
Ərəblər k. | 1 785 |
Nüğdi k. | 1 700 |
Ullu-Tərəkəmə k. | 1 308 |
Tatlar k. | 1 208 |
Qaradağlı k. | 779 |
Yunıy Paxar k. | 467 |
Andreyevka k. | 319 |
Segelər k. | 206 |
Rusiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |