. Love.az

Dagbeyi Ismayilov - Wikipedia - Love.az

Ana Səhifə - Dagbeyi Ismayilov

İsmayılov Dağbəyi Mirzəxan oğlu — tanınmış Azərbaycan jurnalisti, Azərbaycan Respublikasının əməkdar jurnalisti ,Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-cü ildən).Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AzərTAc-ın İdarə Heyətinin sədr müavini.

Dağbəyi İsmayılov
Dağbəyi Mirzəxan oğlu İsmayılov
Doğum tarixi 1 avqust 1948 (76 yaş)
Doğum yeri Çərəli, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Fəaliyyəti jurnalist
Mükafatları

"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı

"Tərəqqi" medalı

Həyatı

redaktə

Dağbəyi İsmayılov 1948-ci il avqustun 1-də Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1966-cı ildə Qubadlı qəsəbə orta məktəbini, 1968-ci ildə Naxçıvan Pedaqoji Məktəbini bitirib. 1968-1970-ci illərdə Çərəli kənd orta məktəbində müəllim işləyib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib.

50 ildən artıqdır ki, mətbuatda çalışır. 1975-ci il avqustun 1-dən 2002-ci il noyabrın 15-dək "Bakı" və "Baku" qəzetləri redaksiyasında müxbir, şöbə müdiri və baş redaktorun müavini vəzifələrində işləyib. 2002-ci ildən Azərbaycan Dövlət Teleqraf agentliyində (AzərTac) buraxılış redaktoru, 2003-cü ildən AzərTAc-da baş redaktoru, 2005-ci ildən AzərTAc-da Baş direktorun müavini vəzifəsini icra edib.

2008-ci il fevralın 1-dən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzərTAc-ın Baş direktorunun müavini təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvüdür.

1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Dağbəyi İsmayılıov 1982-ci ildə həmin təşkilatın "Qızıl qələm" mükafatına layiq görülüb. "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol" kitablarının, eləcə də Azərbaycan mətbuatının problemləri ilə bağlı məqalələrin müəllifi, çoxsaylı kitabların redaktorudur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 fevral, 2010-cu il 21 iyul, 2020-ci il 22 iyul tarixli sərəncamlarına əsasən "Tərəqqi" medalı ilə təltif edilib, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ailəlidir, 2 övladı 4 nəvəsi var, oğlu Elgün 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. Aktyor Elnur İsmayılovun atasıdır.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dağbəyi_İsmayılov&oldid=8121507"
LOVE.AZ