Daniele Massaro (it. Daniele Massaro; 23 may 1961[1][2], Monsa, Lombardiya) — İtalyalı keçmiş peşəkar futbolçu, mövqeyi hücumçu olub. İtaliya millisiylə Dünya çempionu olub. Daha çox "Milan" klubunda oynaması ilə tanınır. İndi "Milan"ın ictimaiyyətlə əlaqələr üzrə meneceridir.
Daniele Massaro | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||||
Ümumi məlumatlar | |||||||||||||
Doğum tarixi | 23 may 1961(1961-05-23)[1][2] (64 yaş) | ||||||||||||
Doğum yeri | |||||||||||||
Vətəndaşlığı | |||||||||||||
Boyu | 177 sm | ||||||||||||
Çəkisi | 74 kq | ||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||
Karyerası | |||||||||||||
|
|||||||||||||
![]() |
Karyerasına B seriyasında yarışan "Monza" klubunda oynamaqla başlayır. Burada komanda yoldaşı Paolo Monelli ilə birlikdə əla oyun göstərərək daha böyük klubların diqqətini çəkir.
1981-ci ildə Monelli ilə birlikdə "Fiorentina" klubuna keçir. Yeni klub ilə 13 sentyabrda A Seriyasında debüt edir və 10 gün sonra İtaliyanın gənclər komandasının heyətində ilk oyununu keçirir.
1986-cı ildə "Milan"a gedir və burada 1995-ci ilə qədər 300-dən çox oyun keçirdir (1988/89 mövsümünü icarə əsasında "Roma" klubunda keçirdir) və Arriqo Sakki və Fabio Kapellonun rəhbərliyi altında 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində əfsanəvi "Milan"ın bir hissəsi olur.
1995-ci ildə o, "Milan"ı tərk edir və karyerasının sonuna kimi Yaponiyanın "Shimizu S-Pulse" komandasında oynayır.