Daniell Rouz Rassell (ing. Danielle Rose Russell) — Amerikalı aktrisa.[1] O, The CW fövqəltəbii dram serialı İlk doğulmuşlar-ın son beşinci mövsümündə və onun spinoffu Miras-da oynadığı Houp Mayklson rolu ilə tanınır. O, həmçinin Məzar daşları arasında gəzinti (2014), Aloha (2015), Pandemik (2016) və Möcüzə (2017) kimi filmlərdə köməkçi rolları ifa edib.
Daniell Rouz Rassell | |
---|---|
Danielle Rose Russell | |
Doğum tarixi | (25 yaş) |
Doğum yeri |
Pequannok, Nyu-Cersi ![]() |
Milliyyəti | Amerikalı |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 2014 - indiyədək |
IMDb | ID5994559 |
Rassell Nyu Cersi ştatının Pequannock Township şəhərində anadan olub[2] və Uest Milford şəhərində böyüyüb.[3] O keçmiş rəqqasə Rozmari Rado və keçmiş müğənni Rikki Rasselin qızıdır.[4] O regional teatra getmədən və Nyu-Cersi ştatının Pequannock şəhərindəki Müqəddəs Ruh Məktəbində bir neçə məktəb tamaşasında çıxış etməzdən əvvəl ilk olaraq gəncliyində modelliklə məşğul oldu və reklamlara çəkildi. 2018-ci ildəki m əlumata əsasən orta məktəbi onlayn vasitəsilə bitirəcək.
Rasselin ilk rolu Məzar daşları arasında gəzinti (2014) filmində olmuşdur [5] və rus narkotik satıcısının 14 yaşlı qızı rolunu oynamışdı. Növbəti il isə Aloha (2015) filmində Bredli Kuperin obrazının qızı rolunu oynadı. 2016-cı ildə Russell The Last Tycoon adlı qısa müddətli teleserialın altı seriyasına çəkildi. Rassell 2017-ci ildə çəkilmiş Möcüzə filmində köməkçi rol oynamışdır.
2017-ci ilin iyul ayında o, The CW televiziya serialı İlk doğulmuşlar-ın beşinci və son mövsümündə yeniyetmə Houp Mayklson rolunda çəkildi.[6] 2018-ci ilin may ayında onun spinoffu olan The CW-nun Miras-da Houp Mayklson rolunu davam etdirəcəyi bildirildi.[7][8] O, bu rola görə 2019-cu ildə Elmi-fantastik/fantastik televiziya aktrisası üçün Yeniyetmələrin Seçimi Mükafatına namizəd olub.[9] Rassell Miras-da dörd mövsüm qaldı və serial 16 iyun 2022-ci ildə başa çatdı.
il | Başlıq | Rol | Qeyd |
---|---|---|---|
2014 | Qəbir daşları arasında gəzinti | Lusia | Film |
2015 | Aloha | Qreys | Film |
2016 | Pandemiya | Meqan | Film |
2016 | Son Tycoon | Darla Miner | Ardıcıl rol, 6 seria |
2017 | Möcüzə | Miranda | Film |
2018 | İlk doğulmuşlar | Houp Mayklson | Baş rol (5-ci mövsüm) [10] |
2018 | Kişi ölçüsü | Coani Uilliams | Film |
2018–2022 | Miras | Houp Mayklson | Əsas rol [11][12] |
Danielle Rose Russell was born in Pequannock, raised in West Milford ... .