. Love.az

Daphnia Magna - Wikipedia - Love.az

Ana Səhifə - Daphnia Magna

Daphnia magna (lat. Daphnia magna) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ.

Daphnia magna
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Ranqsız:
İlkağızlılar
Tipüstü:
Tüləyənlər
Ranqsız:
Panarthropoda
Ranqsız:
Tactopoda
Tip:
Buğumayaqlılar
Klad:
Pancrustacea
Yarımtip:
Xərçəngkimilər
Sinif:
Ayaqqəlsəməlilər
Yarımsinif:
Phyllopoda
Dəstəüstü:
Diplostraca
Dəstə:
Anomopoda
Fəsilə:
Daphniidae
Cins:
Subirəsi
???:
Daphnia magna
Beynəlxalq elmi adı
  • Daphnia magna[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  83884
NCBI  35525

Mündəricat

  • 1 Morfoloji quruluşu
  • 2 Yayılması
  • 3 Bioloji və ekoloji xüsusiyyətləri
  • 4 İstinadlar
  • 5 Mənbə

Morfoloji quruluşu

redaktə

Boz sarı və qırmızı rənglərdə olur. Dişi fərdin uzunluğu 2,2-6,0, erkəyinki isə 2,0-2,2 mm-dir. Dişinin çanağı oval formada olub, bel və lateral tilləri, habelə quyruq iynəsi yaxşı inkişaf etmişdir.Bel tili, çanağın aşağı kənarı və quyruq iynəsi tikanlı çıxıntılarla təchiz olunmuşdur.Başda 4 ədəd til vardır. Rostrum uzanmş və girdələnmiş şəkildə olub, qurtaracağında tikanlı çıxıntı yerləşir. Göz başınkənarına yaxın yerləşir. Ön antenaların oturacağı piramida şəkilindədir. Abdomen çıxıntıları yaxşı inkişaf etmiş və yuxarı uzun çıxıntılar qısa tüklərlə örtülmüşdür.Postabdomen çox uzanmış, yuxarı kənarında iki ədəd çuxur vardır. Proksimal çuxur dayaz, distal çuxur isə dərindir. Bu iki çuxur arasında olan anal dəliyin kənarlarını 6-7 ədəd diş örtür. Yuxarı kənarın distal qabığı 9-12 ədəd dişçiklə təchiz olunmuşdur. Proksimal hissəsində xırda tükcüklər vardır. Bunlar postabdomenin lateral hissəsinə qədər çatır. Caynaqlar iri olub, tükcüklərlə örtülmüşdür. Erkək fərdin quyruq iynəsi çox qısadır. Çanağın qarın hissəsindəki kənarı ön tərəfdən bucaqvari uzanmışdır. Baş bədəndən nisbətən aşağıda olur. Rostrum kütdür. Göz iridir. Ön antennalar uzundur. Onların otyracağı ortadan daralmışdır. Ön antenaların üzərində ikibuğumlu qamçı yerləşir ki, bunun da qurtaracağında xırda tükcüklər, estetakslar, hissedici tükcük və kiçik hissedici çıxıntı yerləşir. Abdomen çıxıntılarından yalnız aşağıdakılar inkişaf etmişdir. Postabdomenin distal hissəsi əmzikvari uzanmış və dişçiklərlə təchiz olunmuşdur. Anal dəliyinin kənarı qabarmış və hər tərəfi 10-12 dişçiklə təchiz olunmuşdur [2].

Yayılması

redaktə

Avropa, Qafqaz, Orta Asiya, Uzaq Şərq, Asiya, Afrika və Şimali Amerika sularında geniş yayılmışdır.

Azərbaycanda Naxçıvan MR-nın Xıncov gölündə, Qarayazı və Bulqan göllərində, Dəvəçi limanında, Şirvan şəhəri yaxınlığında olan Qarasu gölündə, Ceyranbatan su anbarında və s. yayılışdır.

Bioloji və ekoloji xüsusiyyətləri

redaktə

Müvəqqəti su hövzələrində, süni göllərdə, şirin və şortəhər göllərdə yaşayır. İstisevən heyvandır. Çinsi yetişgənliyə 5-ci mərhələdə çatır. Bütün ömürü boyu 24 dəfə qabığını dəyişir. Yumurtalarının sayı 100-ə çatır[3].

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 1996.
  2. ↑ Qasımov Ə.H. Azərbaycan faunası IV. Xərçənglər (Crustacea)// Bakı, “Elm” 1976, s. 3-160
  3. ↑  Мануйлова Е.Ф. Ветвистоусые рачки фауны СССР. М.-Л.: Наука, 1964, 326 с.

Mənbə

redaktə

http://animaldiversity.org/accounts/Daphnia_magna/

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Daphnia_magna&oldid=5328516"
LOVE.AZ