Darxan Kuandık oğlu Kıdırali (16 aprel 1974, Tülkübas rayonu[d], Çimkənd vilayəti) — tarix elmləri doktoru, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü (2017), Beynəlxalq Türk Akademiyasının Prezidenti (2014-cü ildən indiyədək), “Egemen Qazaxıstan”rəsmi dövlət qəzeti İdarə Heyətinin sədri (2016-cı ildən indiyədək). 28 dekabr 2017-ci il tarixində Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli “Dostluq” ordeni ilə təltif edilmişdir.[1]
Darxan Kıdırali | |
---|---|
Darxan Kuandık oğlu Kıdırali | |
![]() | |
Doğum tarixi | (51 yaş) |
Doğum yeri | Qazaxıstan, Tülkibas |
Elm sahələri | tarix, türkologiya |
Elmi dərəcəsi | tarix elmləri doktoru |
İş yerləri | Beynəlxalq Türk Akademiyası və "Egemen Qazaxıstan" rəsmi dövlət qəzeti |
Təhsili | Fərabi adına Qazaxıstan Milli Universiteti, Mərmərə Universiteti, Dokuz Eylül Universiteti, Ege Universiteti və İstanbul Universiteti |
Mükafatları | Azərbaycan Respublikasının "Dostluq" dövlət ordeni, Qazaxıstan Respublikası Prezidentinin Fəxri Fərmanı, Macarıstanın “Şərəf” Ordeni və s. |
![]() |
Darxan Kıdırali 16 aprel 1974-ci ildə Cənubi Qazaxıstan vilayətinin Tülkibas rayonunda anadan olub. Fərabi adına Qazaxıstan Milli Universitetində (1991-1992), Türkiyənin Mərmərə (1992-1996), Dokuz Eylül (1996-1997), Ege (1997-1998) və İstanbul (1998-2001) universitetlərində ali təhsil alıb. 2001-ci ildə İstanbul Universitetinin doktorluq proqramını müvəffəqiyyətlə bitirərək fəlsəfə doktoru, 2010-ci ildə isə Abay adına Qazaxıstan Milli Pedaqoji Universitetində elmlər doktoru elmi dərəcəsi alıb.
Evlidir, dörd oğlu, və bir qızı var.