. Love.az

Dastan Teleserial 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Dastan Teleserial 2021
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Dastan (türk. Destan) — 23 noyabr 2021-ci ildə başlayan,15 sentyabr 2022-ci ildə bitən tarix və fiksiya janrlı türk serialıdır. Serial, qədim türklərin "Ağqız dastanı"na əsaslanır. 28 seriyadan ibarətdir.

Dastan
türk. Destan
Janr Tarix
Fiksiya
Əsaslanır Ağqız dastanı
İlk baxış tarixləri 23 noyabr 2021-15 sentyabr 2022
Rejissor Əmir Xəlilzadə (1-6)
Fəthi Bayram (7-27)
Mətin Günay (7-27)
Əli Aytac Saqqal (28)
Prodüser Mehmet Bozdağ
Yaradıcısı Mehmet Bozdağ
Ssenarist Nehir Eydəm
Aişə Fərda Əryılmaz
Rollarda Ebru Şahin
Edip Təpəli
Səlim Bayraqdar
Yaş reytinqi 16+[1]
Şüar İkibaşlı qurd gələcək, Türkləri bir edəcək!
Bəstəkar Zeynəb Alasya
Caner Özkan
Ertan Özkan
İstehsalçı ölkə Türkiyə Türkiyə
İl 2021-2022
Dil Qədim türk dili elementləri ilə müasir Anadolu türkcəsi
İlk çıxış tarixi 23 noyabr 2021
Növü Teleserial
Rəng rəngli
Mövsüm sayı 2 sezon
Seriya sayı 28
Seriya vaxtı 2 saat
Telekanal ATV (Türkiyə)
DublyajAz Yoxdur
IMDb ID14779804
atv.com.tr/destan

Süjet

redaktə

VIII əsr. Türklərin İslamı qəbul etməsindən əvvəl. Dağ xanın nəslinin qurduğu Dağ xanlığı və Göy xanın nəslinin qurduğu Göy xanlığı arasında mübarizə gedir. Buna səbəb, rusların və çinlilərin türkü türkə qarşı qoymasıdır. Bunu görən Dağ xanlığından Ağqız və Göy xaqanı Alpaqu xanın oğlu Batuqa Tegin Turanı qurub türkləri rusların və çinlilərin fitnəsindən xilas etməyə çalışır. Bu məsələdə onlara ən çox Batuqanın qardaşı Temur tegin yardım edir.

Rollarda

redaktə
  • Ebru Şahin — Ağqız — Baş qəhrəmandır. Dağ xanlığındandır.
  • Edip Təpəli — Batuqa — Göy xanlığının teginidir (şahzadəsidir).
  • Səlim Bayraqdar — Alpaqu xan — Göy xanlığının xanıdır
  • Kanbolat Görkəm Arslan — Saltuq bəy — Göyün yasavuludur
  • Teoman Qumbaracıbaşı — Balamir bəy — Göy xanlığının qərb yabğusudur. Alpaqunun qardaşıdır.
  • Dəniz Barut — Ulu Ece (Prinsessa Vera) — Alpaqunun arvadıdır. Göyün Ulu Ecesidir (Baş xatunudur). Temurla Qaya teginləri anası. Rus knyazının qızıdır. Varyaqdır.
  • Əlif Doğan — Tutqun xatun
  • Engin Benli — Obar — itbarakların başçısıdır.
  • Alpər Düzən — Danış Ata — Göyün baş vəziridir.
  • Berik Aytjanov — Li Dan — Tan sülaləsindən Çin imperatorudur.
  • Mərd Öyüd — Pars — İtbarak komandanıdır

və digərləri

  1. ↑ Bu, Azərbaycan yaş həddi meyarlarına əsasən yazılmış təqribi yaş həddidir. Serial rəsmi olaraq Azərbaycanda yaş həddi almamışdır
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dastan_(teleserial,_2021)&oldid=8105412"
LOVE.AZ