. Love.az

David Neres - Wikipedia - Love.az

Ana Səhifə - David Neres
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir.
Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Vikipediyada bu adlı digər şəxslər haqqında da məqalələr var; bax: David.

David Neres Kampos (3 mart 1997-ci ildə anadan olub) — David Neres kimi də tanınan, İtaliya A Seriyası klubu "Napoli"də hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu.[1]

David Neres
port. David Neres
Ümumi məlumatlar
Tam adı David Neres Kampos
Doğum tarixi 3 mart 1997 (28 yaş)
Doğum yeri San-Paulu, Braziliya
Vətəndaşlığı
  •  Braziliya
Boyu 175 sm
Çəkisi 74 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Niderland Ayaks
Nömrəsi 7
Karyerası
Gənclik karyerası
2007—2016 Braziliya San-Paulu
Klub karyerası[* 1]
2016—2017 Braziliya San-Paulu 8 (3)
2017 Niderland Yonq Ayaks 5 (3)
2017—2022 Niderland Ayaks 121 (37)
2022 Ukrayna Şaxtyor Donetsk 0 (0)
2022—2024 Portuqaliya Benfika 55 (11)
2024— İtaliya Napoli 1 (0)
Milli yığma[* 2]
2017—h.h Braziliya Braziliya U-20 9 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Klub karyerası
    • 1.1 San-Paulu
    • 1.2 Ayaks
  • 2 Karyera statistikası
  • 3 Uğurları
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Klub karyerası

redaktə

San-Paulu

redaktə

Neres San-Pauluda anadan olmuşdur. Neres 2007-ci ilin sentyabr ayında 10 yaşı olarkən San-Paulu klubunun gənclər komandasına cəlb olunmuşdur.[2] 2016-cı ilin fevral ayında U-20 Libertadores Kubokundakı oyunlarda iştirak edən zaman çiynindən zədə aldı. Bu zədəyə görə o, bir ay yaşıl meydanlardan uzaq qaldı.

Neres 2016-cı ilin avqust ayında baş məşqçi Rikardo Qomeşin göstərişi əsasında əsas yığmaay təyin olunmuşdur. Neres əsas yığma ilə debütünü 17 oktyabr 2016-cı ildə Seriya A-da Fluminense klubuna qarşı oyunda etmişdir. Neves ikinci hissədə Robsonu əvəzləmişdir. Həmin görüşdə San-Paulu Fluminenseyə səfərdə 2–1 hesabı ilə qalib gəlmişdir.[3]

Neves 22 oktyabr 2016-cı ildə Ponte Preta klubu ilə görüşdə ilk qolunu vurmuşdur. Həmin görüşdə komandası evdə 2–0 hesabı ilə qalib gəlmişdir.[4] On dörd gün sonra isə o, Korintians Paulista klubu ilə əzəli görüşdə ikinci qoluna imza atmışdır. Həmin görüşdə isə komandası 4–0 hesabı ilə qalib gəlmişdir.[5]

Ayaks

redaktə

30 yanvar 2017-ci ildə David Neres €12 milyon qarşılığında Niderland klubu olan Ayaks klubuna transfer olmuşdur.[1]

Karyera statistikası

redaktə
14 May 2017.[6] tarixində yenilənib
Klub Mövsüm Liqa Kubok Kontinental Digər Ümumi
Diviziya Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
San-Paulu 2016 Serie A 8 3 0 0 0 0 3[a] 0 11 3
Ayaks 2016–17 Erediviziya 8 3 0 0 3[b] 0 0 0 11 3
Ümumi karyera 16 6 0 0 3 0 3 0 22 6
  1. ↑ Paulista Kuboku görüşləri daxildir.
  2. ↑ UEFA Avropa Liqası görüşləri daxildir.

Uğurları

redaktə
San-Paulu
  • U-20 Libertadores Kuboku: 2016

İstinadlar

redaktə
  1. ↑ 1 2 "São Paulo aceita oferta do Ajax, e David Neres vira a 3ª maior venda do clube" (portuqal). ESPN.com.br. 30 January 2017. 2 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 January 2017.
  2. ↑ "David Neres: nove dos 19 anos de idade dedicados ao Tricolor" (portuqal). São Paulo FC. 19 October 2016. 17 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  3. ↑ "De virada, São Paulo bate Fluminense, se afasta do Z-4 e tira o rival do G-6" (portuqal). Globo Esporte. 17 October 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  4. ↑ "Promessa faz primeiro gol, São Paulo bate a Ponte Preta e mantém embalo" (portuqal). Globo Esporte. 22 October 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  5. ↑ "São Paulo atropela, espanta fantasma de vez e deixa o Corinthians fora do G-6" (portuqal). Globo Esporte. 5 November 2016. 9 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 November 2016.
  6. ↑ "David Neres". Soccerway. 29 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 May 2017.

Xarici keçidlər

redaktə
  • David Neres thefinalball.com saytında
  • Soccerway.com saytında profili (ing.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=David_Neres&oldid=7755805"
LOVE.AZ