"Delicious in Dungeon" Ryoko Kui tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyasıdır. Manqa seriyası 15 fevral 2014-cü ildən 15 sentyabr 2023-cü ilə kimi "Enterbrain" nəşriyyatının "Harta" jurnalında serializasiya olunmuşdur.[1][2] İlk tankobon cildi 15 yanvar 2015-ci ildə, 14-cü və sonuncu tankobon cildi 15 dekabr 2023-cü ildə ildə buraxılmışdır. Manqa seriyası "Kono Manga ga Sugoi!" təlimat kitabçasının 2016-cı il buraxılışının kişi oxucular siyahısında birinci yerdə göstərilmiş,[3] 2024-cü ildə "ən yaxşı komiks" kateqoriyası üzrə Seyun mükafatının qalibi olmuşdur.[4]
Manqa seriyası macəraçı qrupların ekspedisiyalar təşkil edərək bir adada yerləşən zindanı kəşf etməyə çalışdığı bir dünyadan bəhs edir. Hekayə belə macəraçı qruplardan birinin zindan ekspedisiyası zamanı qırmızı əjdahaya məğlub olması ilə başlayır. Qrupun sehrbazı Falin Toden son anda teleportasiya sehrindən istifadə edərək qrupun digər üzvlərini xilas edə bilir, lakin özü əjdaha tərəfindən yeyilir. Qrupun üzvləri – Falinin qardaşı və uzun adam Layos Toden, yarımboy tələ ustası Çilçak Tims və elf sehrbaz Marsil Donato zindana yenidən enmək və Falini tapıb diriltmə sehri ilə xilas etmək istəyirlər. Lakin ləvazimatlarının çoxu zindanda qaldığı üçün zindanda yaşayan bədheybətləri ovlamağa və yeməyə qərar verilər. Zindanın başlanğıcında bədheybətləri bişirmək üzrə mütəxəssisə çevrilmiş cırtdan Senşi ilə tanış olurlar. Onlar səyahətləri boyunca müxtəlif bədheybətlərlə qarşılaşırlar və onlardan yeməklər bişirirlər.
"Trigger" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyasının ilk mövsümü 4 yanvardan 13 iyun 2024-cü ilə kimi yayımlanmışdır.[5] Anime serialının ikinci mövsümü anons edilmişdir.[2]
№ | Yaponca nəşr tarixi | Yaponca ISBN | ||
---|---|---|---|---|
1 | 15 yanvar 2015[6] | ISBN 978-4-04-730153-5 | ||
2 | 12 avqust 2015[7] | ISBN 978-4-04-730676-9 | ||
3 | 12 avqust 2016[8] | ISBN 978-4-04-734243-9 | ||
4 | 15 fevral 2017[9] | ISBN 978-4-04-734417-4 | ||
5 | 10 avqust 2017[10] | ISBN 978-4-04-734631-4 | ||
6 | 13 aprel 2018[11] | ISBN 978-4-04-735131-8 | ||
7 | 12 aprel 2019[12] | ISBN 978-4-04-735639-9 | ||
8 | 14 sentyabr 2019[13] | ISBN 978-4-04-735626-9 | ||
9 | 15 may 2020[14] | ISBN 978-4-04-736116-4 | ||
10 | 13 fevral 2021[15] | ISBN 978-4-04-736274-1 | ||
11 | 15 sentyabr 2021[16] | ISBN 978-4-04-736622-0 | ||
12 | 10 avqust 2022[17] | ISBN 978-4-04-737046-3 | ||
13 | 15 dekabr 2023[18] | ISBN 978-4-04-737456-0 | ||
14 | 15 dekabr 2023[19] | ISBN 978-4-04-737740-0 | ||