Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur.
Demokratik İslahatlar Partiyası | |
---|---|
![]() | |
Sədri | Asim Mollazadə |
Qurucu | Asim Mollazadə |
Quruluş tarixi | 27 may 2005 |
Qeydiyyat tarixi | 12 avqust 2005 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | Neftçilər pr. 65, Səbail ray. |
İdeologiya | liberalizm, sosial ədalət |
Üzvlüyü | Demokratiya Seçki Bloku (2010) |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
35 / 15.156 |
Saytı | demreforms.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Demokratik İslahatlar Partiyasının üzvlərinin 68%-i kişi, 32%-i isə qadın olmuşdur.[2]
2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərilməlidir]
ADİSP 2005-ci il noyabrın 7-də baş tutan parlament seçkilərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi.
ADİSP 2010-cu il noyabrın 6-da baş tutan parlament seçkilərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçkilərdə 5 555 səs (0.24%) topladı.
ADİSP 2015-ci il noyabrın 1-də baş tutan Parlament seçkilərində on üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və üçüncü dəfə Milli Məclisə seçildi. ADİSP həmin seçimlərdə 21 044 səs (0.74 %) topladı.[mənbə göstərilməlidir]
2019-cu il noyabrın 10-də ADİSP VI Qurultayı baş tutdu. Qurultayda partiyanın adı Demokratik İslahatlar Partiyası olaraq dəyişdirildi. Qurultayda Asim Mollazadə altıncı dəfə üç il müddətinə DİP sədri seçildi.[3]
DİP 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində üç namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və dördüncü dəfə Milli Məclisə seçildi. DİP həmin seçkilərdə 5 533 səs topladı.[mənbə göstərilməlidir]
Demokratik İslahatlar Partiyasının (DİP) sədrdən və 8 nəfər üzvdən ibarət olan Siyasi Şurası mövcuddur.[4]
Partiya sədri | Asim Mollazadə | |
Siyasi Şura üzvü | Aygün Bünyadzadə | |
Siyasi Şura üzvü | Gülnarə Məmmədova | |
Siyasi Şura üzvü | İlkin Həsənov | |
Siyasi Şura üzvü | Orxan Nəbiyev | |
Siyasi Şura üzvü | Mərdan Əfəndiyev | |
Siyasi Şura üzvü | Nazim Abdullayev | |
Siyasi Şura üzvü | Ülkər Abdullayeva | |
Siyasi Şura üzvü | Rövşən Nəcəfov |
Qurultay | Tarixi | Seçilən sədr | Namizədlər |
---|---|---|---|
I Qurultay | 5 iyun 2005 | Asim Mollazadə | Asim Mollazadə |
II Qurultay | 20 iyul 2008 | ||
III Qurultay | 10 sentyabr 2011 | ||
IV Qurultay | 15 iyun 2013 | ||
V Qurultay | 1 yanvar 2016 | ||
VI Qurultay | 10 noyabr 2019 | ||
VII Qurultay | 2 dekabr 2023[5] |
Seçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2005 | |
1 / 125
| ||
2010 | 5 555 | 0.22 | 1 / 125
| |
2015 | 21 044 | 0.74 | 1 / 125
| |
2020 | 5 533 | 1 / 125
| ||
2024 |
Seçki | Sədr | Səs | Yer | ||
---|---|---|---|---|---|
# | % | ± | |||
2009 | Asim Mollazadə | 18 / 15.591
| |||
2014 | |||||
2019 | 35 / 15.156
|
Seçki | Sədr | Səs | Bələdiyyə üzvü | |
---|---|---|---|---|
# | % | |||
2006 | Asim Mollazadə | 3 / 1.901
| ||
2011 |
Demokratik İslahatlar Partiyasının qərargahı Yasamal rayonu Ə. Hüseynzadə 64/1 ünvanında yerləşir.[mənbə göstərilməlidir]