. Love.az

Dis Disqurtlayan - Wikipedia - Love.az

Ana Səhifə - Dis Disqurtlayan

Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü.

Diş dişqurtlayan
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superasteridlər
Klad:
Asteridlər
Klad:
Kampanulidlər
Dəstə:
Çətirçiçəklilər
Fəsilə:
Çətirkimilər
Yarımfəsilə:
Apioideae
Triba:
Apieae
Cins:
Dişqurtlayan
Növ:
Diş dişqurtlayan
Beynəlxalq elmi adı
  • Ammi visnaga Lam., 1779
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  29578
NCBI  1053409
EOL  584989

Mündəricat

  • 1 Dişqurtlayan
  • 2 Botaniki təsviri
  • 3 Yayılması
  • 4 Dərman bitkisi kimi
  • 5 Tibbdə tətbiqi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Dişqurtlayan

redaktə

Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı.

Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.

Botaniki təsviri

redaktə

1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var.

Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir. Çətirlərdəki şüalar müxtəlif uzunluqda olur. Şüalar çiçəkləyən dövrdə dağınıq, meyvələr yetişən dövrdə isə bir-birinə sıxılmış vəziyyətdə yerləşir.

Meyvəni yumurtavari və ya uzunsov-yumurtavari formalı iki yarımmeyvədən təşkil olunmuş sallaqmeyvədənibarətdir.

İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvəsi yetişir.

Yayılması

redaktə

Dişqurtlayan yabanı halda MDB məkanında, əsasən Azərbaycanda, Orta Asiyada və Qafqazda yayılmışdır.

Azərbaycanda əsasən Samur-Dəvəçi, Xəzərsahilli və Lənkəran düzənliklərində, Böyük və Kiçik Qafqazın orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir.

Quru yamaclarda, əkin yerlərində, dağ meşələrinin ətəklərində bitir.

Dərman bitkisi kimi

redaktə

Dərman bitki xammalı kimi dişqurtlayan meyvələrini onların kütləvi şəkildə yetişdiyi dövrdə tədarük edirlər. Bu məqsədlə, əsasən yetişmiş meyvələri, qismən yetişməmiş meyvələri toplayır, kənar qarışıqlardan, qüsurlu hissələrdən təmizləyir və havası dəyişilən mənzillərdə, altıaçıqlarda və s. yerlərdə qurudurlar.

Meyvələrin tərkibində furanoxromonun törəmələri olan birləşmələr: kellol, visnaqin, kellol qlikozodi və s., piranokumarinlər: samidin, dihidrosamidin, visnadin və s. aşkar edilmişdir. Meyvələrində həmçinin akasetin flavonodi, 0,2 %-ə qədər piyli yağ və s. maddələr var.

Dişqurtlayan meyvələrinin təsiredici maddələrinin spazmolitik təsiri saya əzələli orqanlarda təzahür edir və ilk növbədə sidik yollarında, bağırsaqlarda, bronxlarda, tac damarlarda özünü büruzə verir.

Dişqurtlayanın əsas təsiredici maddəsi kellin də spazmolitik təsirə malikdir. O, damarların, bağırsağın, sidik kisəsinin və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxların və ürəyin vena damarlarını genəldir. Təsiredici maddələrin məcmusu zəif sedativ təsir göstərir.

Visnadin kumarini ürəyin tac arteriyalarına, bronxlara, sidik və öd yollarına qarşı spazmolitik fəallıq göstərir, visnadin həmçinin fotosensibilizəedici təsirə də malikdir və bu dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.

Tibbdə tətbiqi

redaktə

Dişqurtlayan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmlarında, həmçinin ürək arteriyalarını genəldici vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Diş_dişqurtlayan&oldid=6871181"
LOVE.AZ