. Love.az

Differdanj 03 Fk - Wikipedia - Love.az

Ana Səhifə - Differdanj 03 Fk

"Differdanj 03" — Lüksemburqun futbol klubu.

Differdanj 03 FK
FC Differdingen 03
Loqonun şəkli
Ölkə
  •  Lüksemburq
Yaranma tarixi 2003
Liqa Nationaldivisioun
2023/24 1.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
  • 2 Uğurları
  • 3 UEFA turnirlərində
  • 4 Baş məşqçisi
  • 5 Stadionu
  • 6 Heyəti
  • 7 İstinadlar

Tarixi

redaktə

Klubun yaranma tarixi 2003-cü il hesab edilir[1]. Həmin vaxt klub iki komandanın birləşməsi nəticəsində fəaliyyətə başlayıb. Belə ki, 2003-cü ildə "Red Boys Differdanj"la "AS Differdanj" birləşəndə birincilər II, ikincilər isə III liqada mübarizə aparırdılar[1]. İki klubun birləşməsindən əvvəl isə "Red Boys Differdanj" 6 dəfə ölkə çempionu olmuş, 15 dəfə də kuboku qazanmışdır[1].

2003/2004 mövsümündən Lüksemburqun II divizionunda mübarizəyə başlayan "Differdanj 03" iki il sonra çempion kimi elitaya vəsiqə əldə edib[1].

Uğurları

redaktə

2008/2009 və 2014/2015 mövsümlərində Lüksemburq çempionatının gümüş medalını qazanan komanda 4 dəfə də – 2009/2010, 2010/2011, 2013/2014, 2014/2015 mövsümlərində ölkə kubokunun qalibi olub[1].

UEFA turnirlərində

redaktə

2007-ci ildən avrokuboklarda çıxış etməyə başlayan "qırmızı-qaralar" 2009/2010 mövsümündən bəri Avropa arenasında müntəzəm çıxış edir[1]. Bu müddətdə onlar bir dəfə UEFA Avropa Liqasında pley-off mərhələsinə qədər irəliləyiblər[1]. Belə ki, 2011/2012 mövsümündə "Levadiya"nı mübarizədən kənarlaşdırıb, "Olimpiakos"a hər iki oyunda 0:3 hesabları ilə məğlub olsa da, rəqibi danışılmış oyunlar səbəbindən turnirdən kənarlaşdırıldığından lüksemburqlular pley-off mərhələsinə vəsiqə qazanaraq, bu mərhələdə də PSJ-yə məğlub olublar.

2013/2014 mövsümündə Avroliqanın III təsnifat mərhələsinə qədər "Laçi" və "Utrext"i üstələyiblər[1].

Baş məşqçisi

redaktə

Klubu fransalı Paskal Karzaniqa çalışdırır[1].

Stadionu

redaktə

Klub ev oyunlarını 2400 tamaşaçı tutumuna malik olan "Munisipial de la Ville" stadionunda keçirir[1].

Heyəti

redaktə

Komandanın heyətində 24 futbolçu var ki, onlardan 8-i əcnəbidi[1]. Belə ki, Fransadan 6, Tunis və Belçikadan isə 1 oyunçu "Differdanj 03"ün formasını geyinir[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 "Zirə"nin çempionluq üzü görməyən 14 yaşlı rəqibi - “Differdanj” Arxivləşdirilib 2021-01-16 at the Wayback Machine. apasport.az, 19.06.2017  (az.)
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Differdanj_03_FK&oldid=7645778"
LOVE.AZ