Digah — Azərbaycan Respublikasının Lənkəran şəhərinin Şiləvar inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Lənkəran rayonunun Kərgəlan kənd sovetinin Digah kəndi Şiləvar kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Digah | |
---|---|
38°45′41″ şm. e. 48°49′35″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Şəhər | Lənkəran şəhəri |
Bələdiyyə sədri | Natiq Babayev |
Tarixi və coğrafiyası | |
Sahəsi | 2,5058 km² |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 2.816 nəfər (2024) |
Milli tərkibi | azərbaycanlılar, talışlar |
Xəritəni göstər/gizlə
|
Kəndin ərazisi XIX əsrdə Şiləvar kəndinin obası olmuşdur. 1870-ci ilə aid sənədlərdə burada üç ev olduğu haqqında məlumat verilir. Oykonim talış dilindəki di (kənd) və gah (yer) sözlərindən düzəlib, "kənd, kənd yeri" mənasındadır.[2]
Digah kəndinin əhalisi 1 yanvar 2024-cü il tarixində 2.816 nəfərə çatmışdır. Əhalinin milli tərkibini əsasən azərbaycanlılar və talışlar təşkil edir.[3][4]
Kənddə Digah kənd məscidi dini icması fəaliyyət göstərir.[5]
Lənkəran rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |