. Love.az

Dino Bussati - Wikipedia - Love.az

Ana Səhifə - Dino Bussati
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı.

Dino Bussati
it. Dino Buzzati Traverso
Doğum tarixi 16 oktyabr 1906(1906-10-16)[1][2][…]
Doğum yeri
  • Belluno[d], Belluno əyaləti[d], Veneto, İtaliya[3]
Vəfat tarixi 28 yanvar 1972(1972-01-28)[1][2][…] (65 yaşında)
Vəfat yeri
  • Milan, Milan əyaləti, Lombardiya, İtaliya[4][3]
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Təhsili
  • Milan Universiteti
Fəaliyyəti yazıçı, jurnalist, romançı, rəssam, librettoçu, ssenarist, dramaturq, şair, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, komiks rəssamı, publisist
dinobuzzati.it
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində — Milanın "Korryere della Sera" qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin "kafkasayağı" tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir.

Dino Butsatinin "Sevgi" romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan Po və Frans Kafka ilə müqayisə edirlər. Onun yaradıcılığında praktik olaraq hər zaman fövqəltəbii nəsə mövcuddur. Məşhur romanlarından birində — "Tatar səhrası"nda (1940) – səhranın sərhədində hamı tərəfindən unudulmuş istehkamdan bəhs edilir. İstehkamda olanlar hər an səhradan hücum olacağını gözləyirlər və özlərini ölkənin xilaskarı hesab edirlər. Heç kim qalanı atıb gedə bilmir. Kitab əsasında Valerio Dzurlininin eyni adlı filmi çəkilmişdir (1976). "Kolombr", "Yeddi Çapar" hekayələrinin qəhrəmanları öz ideyalarının qulu və qurbanlarıdır.

Müəllif öz kitablarına illüstrasiyalar çəkmiş, teatrda işləmiş, bir neçə pyes və radio tamaşası yazmış, bunlarla yanaşı, libretto, şeir və hekayələr qələmə almışdır. Butsatinin sağlığında Milanda onun şəxsi sərgisi keçirilmişdir.

Dino Butsati "Altmış hekayə" kitabına görə Streqa mükafatçısıdır (1958). Bir çox əsərləri ekranlaşdırılmışdır. "Maraqlı olay" dramını (1953) Alber Kamyu 1956-cı ildə fransız dilinə tərcümə etmişdir. "Tatar səhrası" romanını Borhes öz şəxsi kitabxanasında saxlamışdır.

Dino Butsati 1972-ci ildə Milanda mədəaltı vəzin xərçəngindən vəfat etmişdir.

İstinadlar

redaktə
  • 1. Yazar: Dino Buzzati [1]

Həmçinin bax

redaktə
  • 1. Tatar Çölü Dino Buzzati [2]

Xarici keçidlər

redaktə
  • Dikdaban — Oxumağa dəyər
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
  1. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 Dino Buzzati (nid.).
  3. ↑ 1 2 Archivio Storico Ricordi. 1808.
  4. ↑ Catalog of the German National Library (alm.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dino_Bussati&oldid=8123066"
LOVE.AZ