. Love.az

Disentra - Wikipedia - Love.az

Ana Səhifə - Disentra

Disentra (lat. Dicentra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinə aid bitki cinsi.

Disentra
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Dəstə:
Qaymaqçiçəklilər
Fəsilə:
Xaşxaşkimilər
Yarımfəsilə:
Şahtərəkimilər
Triba:
Fumarieae
Yarımtriba:
Corydalinae
Cins:
Disentra
Beynəlxalq elmi adı
  • Dicentra Bernh.
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  18942
NCBI  22680

Cinsin adı yunancadan "ikimahmızlı" kimi tərcümə olunur. Adı çiçəyin quruluşu ilə izah olunur. Bu cinsə 20 növ daxildir. Vətəni Asiya və Şimali Amerikadır. Gülçülükdə təxminən 10 növündən istifadə olunur. Onlardan 3 növü xüsusilə geniş yayılmışdır. Gözəl disentra (D.spectabilis) gövdəsinin hündürlüyü 60 sm-ə çatan bitkidir. Sallaq gülləri salxımşəkilli çiçək qrupunda toplanmışdır. Çiçək tacının rəngi çəhrayı, ya da qırmızıdır. Bu bitkinin vətəni Çin və Koreyanın dağ rayonlarıdır. 1810-cu ildən gülçülükdə istifadə olunur. Növün bağ forması var: alba hort. çiçəklərinin ağ rəngi ilə fərqlənir. Şimali Amerika gülçülüyündə disentranın 2 alçaqboylu növündən istifadə edilir: gözəl disentra (D. formosa) və görkəmli disentra (D. eximina). Disentra yaşıl qələmlərlə çoxaldılır. Bitkini yazda kök qələmləri ilə də çoxaltmaq olar. Yazda çiçəkləməsi üçün onu payızda dibçəyə köçürmək və fevrala qədər sərin otaqda saxlamaq lazımdır.

Mündəricat

  • 1 Sinonimləri
    • 1.1 Homotipik sinonimləri
    • 1.2 Heterotipik sinonimləri
  • 2 Növləri
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Diclytra Borkh.

Heterotipik sinonimləri

redaktə
  • Bicucullaria Juss. ex Steud.
  • Bikukulla Adans.
  • Capnorchis Borkh.
  • Corniveum Nieuwl.
  • Cucularia Raf.
  • Dielytra Cham. & Schltdl.
  • Eucapnos Bernh.
  • Hedycapnos Planch.

Növləri

redaktə
  • Dicentra canadensis (Goldie) Walp.
  • Dicentra cucullaria (L.) Bernh.
  • Dicentra eximia (Ker Gawl.) Torr.
  • Dicentra formosa (Andrews) Walp.
  • Dicentra nevadensis Eastw.
  • Dicentra pauciflora S.Watson
  • Dicentra peregrina (Rudolph) Makino
  • Dicentra uniflora Kellogg

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Disentra&oldid=8056595"
LOVE.AZ