. Love.az

Dmitriyev Mamonovlar - Wikipedia - Love.az

Ana Səhifə - Dmitriyev Mamonovlar

Dmitriyev – Mamonovlar—Rusiya xalqının zadəgan soylarından biri.

Dmitriyev – Mamonovlar
Titul Boyar
Əcdadı Konstantin Smolenski
Qohum soylar Daşkovlar
Mənşəyi Smolensk
Təbəəliyi Rusiya imperiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Soyun yaranması
  • 2 Adın anlamı
  • 3 Gerbin təsviri
  • 4 Soyun məşhur nümayəndələri
  • 5 Mənbə
  • 6 İstinadlar
  • 7 Xarici keçidlər

Soyun yaranması

redaktə

Rus dövləti tarixində əhəmiyyətli mövqeyə malik olan nəsillərdən biri də Dmitriyev – Mamonovlardır. Onlar məşhur Daşkovlarla eyni kökdəndir. Hər ikisi Rus dövlətinin Romanovlara qədərki (1613-cü il) çarları sülaləsi olan Rüriklər sülaləsinə mənsub olmuşlar. Belə ki, 1468-ci ildə böyük knyazın yanında xidmət edən boyar Kazanlı Abdulla Mamonun oğlu Dmitrinin övladları özlərini Dmitriyev yazdırsalar da, 1689-cu ildə artıq I Pyotrun hakimiyyəti illərində onların Dmitriyev – Mamanov soy adı daşımalarına icazə verildi.

Adın anlamı

redaktə

Familiyanın ikinci hissəsi (əsl hissəsi) Mamonov N.A.Baskakovun qeydlərinə görə etimoloji cəhətdən monqol sözü momğon, momxon və "əmin, dinc, sakit, mehriban; salih, itaətkar" mənasında türk sözü momun, mömün sözü ilə əlaqədardır. Beləliklə, Mamonov familiyası Mamon "sakit, itaət edən, etibarlı adam" ləqəbindən doğmuşdur.[1] Mamon adlı [[Voronej quberniyası]]nda 2 kənd və Mamon çayı -Yuxarı Tunquska hövzəsində çay vardır.

Gerbin təsviri

redaktə

Mamonov familiyasının türk mənşəyi Dmitriyev – Mamonovların daşıdıqları gerbin əlamətlərində də hiss olunur. Belə ki, bu nəsil iki səkkizguşəli ulduz, aypara və ox nəqş olunmuş gerbə malik olmuşdur.[2] Bu şöhrətli ailə Rus zadəganlarının "Məxməri kitab"ına düşmüşdür.

Soyun məşhur nümayəndələri

redaktə

Bu nəsli şöhrətləndirən bir çox şəxsiyyətlər olmuşdur.

  • Aleksandr Dmitriyev-Mamonov

Mənbə

redaktə
  • Баскаков Н.А. Русские фамилии тюркского происхождения, Баку, Язычы, 1992.
  • Minaxanım Təkləli, Türk əsilli ruslar, Bakı, Nurlar, 2010, II nəşr.

İstinadlar

redaktə
  1. ↑ N.Baskakov, "Türk mənşəli rus familiyaları", s.54-55
  2. ↑ "Часть 1 Общего гербовника дворянских родов Всероссийской империи, стр. 30". 2008-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-10-03.

Xarici keçidlər

redaktə
   Soylarla əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. Etdiyiniz redaktələri mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dmitriyev-Mamonovlar&oldid=6995359"
LOVE.AZ