. Love.az

Donqar Musiqi - Wikipedia - Love.az

Ana Səhifə - Donqar Musiqi

Donqar — mizrabla çalınan qədim Azərbaycan simli musiqi aləti.

Mündəricat

  • 1 Tarixçə
  • 2 Söz açımı
  • 3 İstinadlar
  • 4 Həmçinin bax

Tarixçə

redaktə

Donqardan XIX əsrin I yarısında geniş istifadə edilib. Rus rəssamı Q. Q. Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) Azərbaycanı da gəzmiş və bir sıra qiymətli əsərlər yaratmış. O, "Şamaxı rəqqasələri" adlı tablosunda bir sıra Azərbaycan çalğı alətləri ilə yanaşı, donqarı da təsvir edir. Bu tablo hazırda Sankt-Peterburqda şəhərinin Rus Dövlət Muzeyində qorunur.

Nə yazıq ki, alət sonralar unudulub. Ancaq onu asanlıqla bərpa edib peşəkar alətə çevirmək olar. [1]

Söz açımı

redaktə

"Donqar" sözü Azərbaycan türkcəsində insan və ya heyvan bədənində çıxıntıya deyilir. Çanağında yöndəmsiz çıxıntı olduğuna görə alət belə adlandırılıb. [2]

İstinadlar

redaktə
  1. ↑ Abbasqulu Nəcəfzadə. Çalğı alətlərimiz Arxivləşdirilib 2022-03-25 at the Wayback Machine. Bakı, 2004.
  2. ↑ Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.

Həmçinin bax

redaktə
  • Azərbaycan musiqisi
  • Azərbaycan mədəniyyəti
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Donqar_(musiqi)&oldid=6617919"
LOVE.AZ