Dostallı (əvvəlki adı: Dostalı) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsində kənd.[1] 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Boyxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Dostalı kəndi Dostallı kəndi adlandırılmışdır.[2]
Dostallı | |
---|---|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı |
Oronim yaşayış məntəqəsinin əsasını qoymuş dostalı nəslinin adı ilə bağlıdır. Etnotoponimdir.[3]
Kənd dağətəyi ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 294 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Cəlilabad rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |