Edvard Vilson Kariyer (11 oktyabr 1857 – 15 noyabr 1918) — Amerikalı rəssam.
Edvard Vilson Kariyer | |
---|---|
![]() | |
Doğum tarixi | 11 oktyabr 1857(1857-10-11) |
Vəfat tarixi | 15 noyabr 1918(1918-11-15) (61 yaşında) |
Fəaliyyəti | rəssam |
![]() |
Vilson 1857-ci ildə Ohayo ştatının Marietta şəhərində anadan olub. Çikaqo Gözəl Sənətlər Akademiyasında təhsil alıb. Sonra Kaliforniyanın San-Fransisko şəhərində studiya açıb.[1]
Vilson mənzərə , natürmort və dəniz səhnələri kimi rəsm əsərlərində yağlı və akvarel boyalardan istifadə edib.[2] O, çəkəcəyi rəsmlərinin eskizini hazırlamaq üçün Hetçi və Yosemit Vadisinə dəfələrlə səyahət edib.[3]