Elçin Nadir oğlu Cəfərov (15 noyabr 1985, Bakı) — azərbaycanlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının dosenti, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri, 4.4 Qısa Tamaşalar Festivalının art-direktoru.
Elçin Cəfərov | |
---|---|
Cəfərov Elçin Nadir oğlu | |
Doğum tarixi | 15 noyabr 1985(1985-11-15) (39 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Elmi dərəcəsi |
|
Elmi adı | |
Təhsili |
Elçin Cəfərov 15 noyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1992–2003-cü illərdə Hövsan qəsəbəsində 280 №-li orta ümumtəhsil məktəbində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sənətşünaslıq" fakültəsində "Teatrşünaslıq" ixtisası üzrə bakalavr (2003–2007) və magistr (2008–2010) pillələrini fərqlənmə diplomu ilə bitirib.
2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2014-cü ildə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Teatr-tamaşa və konsert müəssisələrinin baş rejissorları və ədəbi hissə müdirləri qrupu üzrə treninqdə iştirak edib.
2011–2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində işləyib.
Universitetdə təhsil aldığı vaxtdan mütamadi olaraq müxtəlif mətbu orqanlarında ("Qobustan", "Mədəniyyət.az", "Mədəni həyat", "Musiqi dünyası" jurnalları, "Xəzri" (rus dilində), "Mədəniyyət", "Kino+", "Azərbaycan mədəniyyəti və incəsənəti", "525-qəzet", "Ədəbiyyat", "Kaspi" qəzetləri, "Teatro.az", "Kulis.az", "Kult.az", "Artkaspi.az" saytlarında və s.) teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş tənqidi və analitik məqalələrlə çıxış edir.
2005, 2007 və 2018-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkil etdiyi "Boş məkanın dolğunluğu" və "Yeni teatr" festivallarında ekspert kimi iştirak edib, "Tamaşaların müzakirəsi zamanı sərt və tənqidi yanaşma tərzinə görə" fəxri diplomla təltif olunub.
2010, 2012, 2014, 2016 və 2018-ci illərdə Bakıda Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Bakı Beynəlxalq Teatr Konfransında iştirak edib.
2014-cü ildə Mədəniyyət Nazirliyinin keçirdiyi "Teatr mövzusunda ilin ən yaxşı məqaləsi" müsabiqəsində ikinci mükafata layiq görülüb.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun "Teatr, kino və televiziya" şöbəsinin doktoranturasını əla qiymətlərlə bitirib, "Vaqif İbrahimoğlunun rejissurası və konseptual teatr poetikası" mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, 2019-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2013-cü ildə Azərbaycan "Azərbaycan teatrı: dünən, bu gün, sabah (elektron baza)", 2014–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Azərbaycan ənənəvi musiqisi (elektron baza)" layihəsində iştirak edib.
2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr sənəti" fakültəsinin "Teatrşünaslıq" kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.
2017-ci ildə Təhsil Nazirliyinin "SABAH Qrupları" layihəsinin dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "Ali təhsil müəssisələrinin müəllim heyəti üçün seminarlar" və "Müasir müəllimin fərdi işçi planının (sillabus) tərtibi" təlimin iştirakçısı olub. ADMİU-nun SABAH qruplarında "Azərbaycan teatr tarixi" və "Dünya teatr tarixi" fənlərini tədris edir.
ADMİU-nun nəzdində Dissertasiya Şurasının və Teatr sənəti Fakültə Elmi Şurasının katibi, Universitetin Bədii Şurasının və Fakültə Elmi-Metodiki Şurasının üzvüdür. 2018–2020-ci illərdə Universitetdə Mətbuat və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıb. Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən bir çox konfrans, forum, seminar və müzakirələrdə məruzələrlə çıxış edib. 30-a qədər elmi, 50-dən artıq publisistik məqalənin, 8 tədris proqramının müəllifi, bir neçə kitabın tərtibçisi və redaktorudur. Azərbaycan Teatr Xadimləri İttifaqının, Beynəlxalq Teatr Tənqidçiləri Assossasiyasının (AICT, IATC) üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidentidir.
Mütəmadi şəkildə beynəlxalq tədbirlərdə iştirak edir. 2012-ci ildə Moldovada, 2015-ci ildə Belarus Respublikasında, 2021-ci ildə Özbəkistanda keçirilən Gənclərin I, II və III Beynəlxalq Teatr Forumlarında, həmçinin 2012, 2013, 2014, 2015, 2018, 2019-cu illərdə Tbilisi Beynəlxalq Teatr Festivalında, eləcə də 2012-ci ildə Tbilisidə keçirilən "Senzuradan sonrakı dövrdə postovet məkanı ölkələrinin dramaturgiyası" Tbilisi Beynəlxalq Teatr və Dramaturgiya Forumunda teatrşünas kimi iştirak edib.
Hazırda mütəmadi olaraq, elektron portallarda, qəzet və jurnallarda, eləcə də televiziya verilişlərində teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş məqalə, resenziya və müsahibələrlə çıxış edir. Teatro.az sənət portalının həmtəsisçisi və şef-redaktorudur.
2021, 2022-ci illərdə Teatro.az sənət portalı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən 4.4 Qısa Tamaşalar Festivalının art-direktorudur.