Elşad Haqverdi oğlu Nəsirov (1 iyul 1971, Babacan, Vardenis rayonu) — DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi (2022-ci ildən), BDU Hüquq fakültəsinin dekan müavini (2005–2011), polkovnik.
Elşad Nəsirov | |
---|---|
Doğum tarixi | 1 iyul 1971(1971-07-01) (53 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | Azərbaycanlı |
Atası | Haqverdi Nəsirov |
Elm sahələri | hüquq, hüquqi dövlət, konstitusiya hüququ, bələdiyyə hüququ[d] |
İş yerləri | |
Təhsili |
|
Mükafatları |
![]() ![]() ![]() |
Elşad Nəsirov 1 iyul 1971-ci ildə Ermənistanın Vardenis rayonunun Babacan kəndində anadan olub. 1978–1988-ci illərdə Vardenis rayonu Qızılkənd kənd orta məktəbində oxuyub və 1988-ci ildə həmin məktəbi medalla bitirib.[1]
1988–1989-cu illərdə Sumqayıt Xovlu İplik Fabriki, SEİB 2 saylı ETK və 1 saylı Troleybus Parkında operator və çilingər işləmişdir.
1989–1990-cı illərdə hazırlıq şöbəsində və 1990–1995-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
1995-ci ildən BDU-da çalışır. BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim (1995–1997), baş müəllim (1997-dən) vəzifəsində çalışır.
1998-ci ildən BDU-nun Hüquq fakültəsinin fakültə Elmi Şurasının katibi, 2005-ci ildən 2011-ci ilə qədər isə dekan müavini vəzifəsində işləmişdir.[2]
2009–2020-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin eksperti vəzifəsində çalışmışdır.
2019-cu ilin yanvar ayında DTX-nin Heydər Əliyev adına Akademiyasının tədris sahəsində təşkilati-idarəçilik, elmi-metodiki və tədris-tərbiyə prosesinin yüksəldilməsi məqsədilə təcrübəli mütəxəssislərə olan ehtiyacı nəzərə alınaraq DTX rəisinin müvafiq əmri ilə Akademiya rəisinin müavini, aparılmış ştat-struktur dəyişikliklərindən sonra isə Akademiya rəisinin 1-ci müavini vəzifəsinə təyin edilmişdir.[3] 2022-ci ildən həmin akademiyanın rəisidir.
2004-cü ilin elmi nəticələrinə görə BDU Elmi Şurasının qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülüb.
6 noyabr 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06.11.2009 tarixli 11/763 saylı əmri ilə "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
Azərbaycan Respublikası təhlükəsizlik orqanlarının və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilmişdir.[4]
29 noyabr 2023-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.[5][6]
Ailəlidir, üç övladı var.
"Konstitusiya hüququ", "Azərbaycanın bələdiyyə hüququ", "Azərbaycanın konstitusiya hüququ" (bakalavr pilləsində), "Seçki hüququ", "Bələdiyyə hüququnun müasir problemləri", "Avropa hüququ" (magistratura pilləsində) fənlərini tədris edir.
11 elmi məqalənin, 2 metodiki göstərişin, 2 dərs vəsaitinin (birgə müəllifliklə), 1 dərsliyin (birgə müəllifliklə) və 1 tədris proqramının müəllifidir.
Azərbaycan Respublikası seçki sisteminin hüquqi tənzimi, İnsan hüquqlarınin Konstitusiya təminatları, Azərbaycanda yerli özünüidarəetmənin hüquqi tənzimi onun tədqiqat sahəsidir.